198
cana doyub dayanar, geri dönsə, vuruşmasan yaxşıdır, xatası var”.
Müharibəyə gedərkən istər-istəməz zahirdə - başınla, gözünlə oraya
necə girdiyini görəcəksən, lakin batində - qəlbinin gözü və ağlınla
oradan necə çıxacağını görməlisən, bəlkə, sən düşünən kimi oldu.
Bir də, bu deyəcəyim sözü unutma, bunu bir yerdə demişəm, bir də
təkrar edirəm. Müharibə zamanı arxanda bircə addımlıq yer qalsa belə,
amandır, ayağını geri qoyma, çünki bircə qarış geri getsən, dərhal səni
geri çəkilən hesab edərlər. Həmişə durduğun yerdən irəliləməyə çalış,
heç vaxt geriləmə.
Elə etmək lazımdır ki, ordu həmişə sənin canına və başına and
içsin. Sən özün də orduya qarşı əliaçıq ol, hədiyyə, ənam, xələt verə
bilməsən, heç olmasa çörəyi, şərabı, xoş sözünü onlardan əsirgəmə. Bir
tikə çörək, bir qurtum şərabı də ordusuz içmə. Çörəyin edə biləcəyini
qızıl, gümüş və hədiyyə edə bilməz. Həmişə ordunu şad-xürrəm saxla.
İstəyirsən canlarını səndən əsirgəməsinlər, çörəyini onlardan əsirgəmə.
Hər şey böyük Allahın əmrinə bağlı olsa da, sən düzgün və lazımi
tədbir gör, o şey ki alına yazılıb, o onsuz da olacaq.
Demək, əgər Allah sənə mərhəmət göstərib şahlığa çatdırsa, şahlıq
şərtlərini yerinə yetir, tərifə layiq həyat keçir, ali düşüncəli və müstəqil
fikirli ol.
SİPƏHSALARLIQ QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA