18
yaratdı. O edə bilərdi ki, günəşsiz işıq versin, buludsuz yağış yağdırsın,
tərkibsiz maddə yaratsın, ulduzlara ehtiyac olmasın. Lakin dünya
qanunauyğunluq əsasında qurulduğundan O, səbəbsiz heç bir şey
yaratmadı və bu səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə
ortalıqdan qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb
ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular. Hər bir işdə
nizam olduğu kimi onu yaradan vasitə də lazım olur. Vasitəni ona görə
yaratmışdır ki, biri hakim olsun, biri məhkum, biri ruzi verən olsun,
biri ruzi yeyən. Bu ikilik isə Allahın təkliyinə dəlalət edər. Deməli, sən
yalnız vasitəni görə bilərsən. Ona görə də diqqətli ol ki, az və çoxluğu
vasitədən deyil, vasitəni yaradan Allahdan biləsən. Əgər torpaq məhsul
vermirsə, onu təqsirkar hesab etmə, əgər ulduz ədalətli gərdiş etmirsə,
onu müqəssir sayma. Ulduzların ədalət və zülmdən nə qədər xəbəri
varsa, yerin də məhsul yetirməkdən o qədər xəbəri var.
Torpaq şirin meyvə əkilən yerdə zəhər bitirə bilmədiyi kimi,
ulduzlar da öz bildiklərini edə bilməzlər, yaxşılığa adət etmiş olan
pislik edə bilməz.
Dünya hikmətlə bəzədilmiş olduğundan ona zinət də lazım idi. Bu
dünyaya diqqətlə bax ki, onun zinətini görə biləsən. Bu zinət nəbatat,
heyvanat, yemək, içmək, geyim və müxtəlif nemətlərdən ibarətdir.
Bunlar hamısı hikmət əsasında yaradılmışdır, necə ki, Özü bu barədə
deyir:
Biz yeri, göyü və onlar arasında nə varsa, hamısını əyləncə üçün
yaratmadıq, onları biz hikmətlə yaratdıq”
9
.
İndi ki sən dünyanın Allah tərəfindən hədərə yaradılmadığını
bildin, onu da bilməlisən ki, bu yaradılan nemətlərlə kimə isə ruzi
verilməsəydi, mənasızlıq olardı. Ruzi ona deyərlər ki, sən çörəyi
ehtiyacı olana verəsən ki, o da yeyə. Bax, ədalət buna deyərlər.
O, insanları yaratmaq istədi ki, onlara ruzi versin, indi ki insanlar
yaranıbdır, deməli bütün nemətlər onlarındır.
Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə
rəhbərsiz keçinə bilməz, çünki ədalət və qayda-qanun olmadıqda
ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz. Ruzi verən öz
nemətini nadana versə, bu onun nöqsanı olar. Ruzi verən nöqsansız
PEYĞƏMBƏRLƏRİN YARANMASI HAQQINDA