19
olduğundan öz ruzi yeyənlərini nadan qoymadı. O özü Quranda belə
deyir:
İnsanların bilmədiklərini onlara öyrətdi”
.
O, peyğəmbərlər göndərdi ki, onlar bilik əldə etmək, ruzi yemək
və ruzi verənə şükür etmək qayda-qanunlarını insanlara öyrətsinlər,
beləliklə, dünyanın əsası ədalətlə, ədalətin təkmilliyi hikmətlə,
hikmətin tamlığı nemətlə, nemətin bütövlüyü ruzi alanlarla, ruzi
alanların kamilliyi yolgöstərici peyğəmbərlə tamamlansın.
Peyğəmbərin ruzi alanlardan üstünlüyü ondadır ki, onlar ruzi
yeyənlərə ruziyə çatmaq yolunu göstərirlər.
Deməli, əgər ağıl gözü ilə baxsan, görərsən ki, ruzi alan aldığı ruzi
və nemət müqabilində arzu və istəklərinin yerinə yetirilməsi xatirinə
öz rəhbərinin haqqını etiraf etməyə və ruzi verəninə minnətdar
olduğunu bildirməyə borcludur. Demək, peyğəmbərlərin haqq
olduğuna inanmalısan və Adəmdən tutmuş Muhammədə qədər (Allah
onların hamısına rəhmət eləsin) bütün peyğəmbərlərin düz danışan
olduğunu qəbul etməlisən, şükür və niyazda ehmallıq göstərməlisən,
Haqqın buyruqlarını yerinə yetirməlisən ki, beləliklə, yaxşı ad qazanıb
təriflənəsən.
PEYĞƏMBƏRLƏRİN YARANMASI HAQQINDA