210
Əkin-biçin vaxtı çatdıqda torpağı şumlamağı unutma, gələn ilin
səpini haqqında bu il tədbir gör. Həmişə elə torpağı ək ki, o özünü
geyindirə bilsin, onda səni də geyindirə bilər. Torpaq özünü geyindirə
bilmirsə, səni də geyindirə bilməz. Kəndçilikdən xeyir görmək
istəyirsənsə, abadlıq işləri ilə məşğul ol.
Bazar sənətkarlarından olsan, hər sənət olur olsun, tez işləyən və
yaxşı düzəldən ol ki, alıcın da çox olsun. İşi qonşularından daha yaxşı
gör, az qazancla kifayətlən. Bir dəfə ona bir qazanmaq əvəzinə, iki
dəfə ona yarım qazan. Çənə vurub zəhlə tökməklə müştərini qaçırma.
Belə etsən, adamların çoxu səninlə alver edər, ruzin başının altında
olar. Şeyi satana qədər müştəri ilə can bir dost ol, ona yağlı dil tök,
ona „ağa“ deyib təvazökarlıq et. Gülərüz olub mehribanlıq göstərsən,
səndən bir şey alarlar, qaşqabaqlı oturub nadanlıq etsən, məqsədə çata
bilməzsən.
Mən deyən kimi etsən, alıcın çoxalar, başqalarının qibtəsinə səbəb
olarsan, bazardakı sənətkarların hamısından çox ad qazanıb şöhrət
taparsan.
Lakin doğru danışmağı adət et, xüsusilə satdığın şey haqqında.
Xəsislikdən qaç, amma israfçı da olma. Özündən aşağını bağışla,
özündən yuxarıya ehtiram et. Özündən zəifləri incitmə, arvadları
və uşaqları alverdə aldatma, qəriblərdən artıq alma. Abırlı rəftar
et, şahlarla düz dolan. Şah xidmətinə çox həris olma. Orduda
olanlarla yaxınlıq etmə. Sufilərlə təmiz sufi ol. Daş-tərəzini düz
saxla. Öz ailənlə ikiüzlülük edib iki kisə saxlama, şəriklərinə
xəyanət etmə.
Hər nə hazırlasan, başı çıxan və çıxmayan üçün eyni dərəcədə
yaxşı hazırla, namuslu ol. Varın olsa, borc verməkdən imtina etmə,
doğrudan və ya yalandan and içmə, sələmçilikdən uzaq qaç, alverdə
qəddar olma. Yoxsula borc versən, imkanı olmadığını bilsən, tez-tez
borcunu istəmə, inadkarlıq göstərmə. Ürəkdə xeyirxah ol, üzdə nikbin,
Allah sənin işinə rəvac, alverinə bərəkət verər. Bu xasiyyətlərə malik
olan sənətkar comərdlərin
209
comərdi olar.
KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN QAYDALARI HAQQINDA