209
Ey oğul, bil ki, kəndli olsan, hər şeyin öz vaxtını yaxşı bilməlisən.
Nə əkmək istəsən, qoyma vaxtı keçsin, hər şeyi vaxtından on gün tez
əksən, bir gün gec əkməyindən yaxşıdır. Kənd təsərrüfatı alətlərini,
cütü saz saxla, yaxşı öküzlər al və yemini bol elə. Gərək sənin süründə
həmişə qoşqu öküzü çox olsun ki, şum vaxtı öküzlərdən biri xəstələnsə,
iş axsamasın, səpindən qalmayasan.
KƏNDÇİLİK VƏ BAŞQA
BİLDİYİN PEŞƏLƏRİN
QAYDALARI HAQQINDA
KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN QAYDALARI HAQQINDA
43