213
Xalqın bu iddiasına diqqətlə baxsan, görərsən ki, heç kəs ağıl,
doğruluq və insanlığa malik olduğunu yalandan iddia etmir, çünki elə
bir canlı yoxdur ki, onda bu üç xüsusiyyət olmasın. Lakin vasitələrin
kütlüyü və nasazlığı bunların əsl yollarını insanların çoxunun
üzünə bağlı saxlayır. Allah insanı ayrı-ayrı üzvlərin toplanmasından
yaratmışdır. Ona sən küllün aləmi de, ya cüzün aləmi — hər ikisi
doğrudur. Çünki insanın bədənində təbiət qüvvələrindən göyün,
ulduzun, maddənin, ünsürün, surətin, nəfsin və ağlın hissəsi vardır.
Bunların hərəsi özlüyündə tərkibə görə deyil, dərəcəyə görə xüsusi bir
aləmdir və insan bu aləmlərin məcmusundan ibarətdir. Demək, Yaradan
bu aləmləri bir yerə toplamış, onları bağlarla bir-birinə bağlamışdır.
Bu böyük dünyada gördüyün kimi, göylər, ulduzlar, təbiət qüvvələri
arasında da belə rabitələr vardır, onlar zatlarına görə müxtəlif olduqları
halda, bir-birindən asılıdırlar. Məsələn, cinslərinə görə bir-birinə zidd
olan su və od kimi, torpaqla hava bir-birinin ziddidir. Demək, su ilə
od arasında rabitə yaratmaq üçün torpaq vasitəçi olur, onun quruluğu
od, soyuqluğu — su ilə, havanın yumşaqlığı — su, istiliyi-od ilə,
odun zatı — efir, istiliyi — ulduzların və göylərin şahı olan Günəşlə,
Günəş isə zatına görə — maddə, maddəliyinə görə isə — şüalanma ilə
rabitədədir, çünki Günəşin zatı xüsusi ünsürdəndir
210
.
Maddə ali qüvvə
vasitəsilə — nəfslə, nəfs isə əqllə rabitədədir.
Səbəb, nəticə, eləcə də hadisələr arasında maddə və qüvvətə görə
rabitə vardır. Əgər nəticə səbəbdən həmin rabitə vasitəsilə maddə və
qüvvə almasa, aralarındakı əlaqə pozular, habelə təbiət fələkdən, fələk
zatdan, zat nəfsdən, nəfs əsldən. Bu minvalla müqayisə et.
Bir də insanın bədənində nasazlıq və ağırlıq adına nə varsa, hamısı
təbiət qüvvələrindən əmələ gəlmişdir. Surət, sifət, həyat, qüvvət,
hərəkət — fələklərdən; beş cismani duyğu, yəni eşitmə, görmə, qoxu,
dad, toxunma — maddədən; ruhi hisslər: yadda saxlamaq, tədbir
görmək, fikir etmək, xəyala dalmaq, söz söyləmək nəfsdən əmələ
gəlmişdir. İnsanın bədənində mənbəyini və yerini göstərmək mümkün
olmayan ən izzətli bir şey varsa, o da insanlıq, bilik, kamal və şərəfdir.
Bunların da hamısının əsasını ağıl təşkil edir, bunların hamısı insanın
bədənində ali ağlın sayəsində əmələ gəlmişdir.
COMƏRDLİK QAYDALARI HAQQINDA