214
Deməli, bədən cana, can ruha, ruh isə əqlə görə yaşayır. Kimin
bədənində hərəkət gördün, mütləq o candandır: kimi danışan gördün,
mütləq ruhdandır, kimi ruh axtaran gördün, mütləq ağıldandır. Bu,
bütün adamlarda vardır. Lakin bədənlə can arasında xəstəlik pərdəsi
əmələ gəldikdə, müvazinət rabitəsi süstləşər, candan bədənə verilən
maddə, yəni hərəkət qüvvəti çatışmaz. Kimdə canla ruh arasında
hecab
211
ağırlıq pərdəsi əmələ gəlsə, ruhdan cana heç bir maddə,
yəni beş duyğu üzvü getməz, kimdə ruhla əql arasında qaranlıq və
tanınmazlıq pərdəsi əmələ gəlsə, ağıl maddəsi, yəni düşüncə, tədbir,
insanlıq və doğruluq ruha çatmaz.
Demək, həqiqətdə də ağıl və insanlıq olmayan heç bir bədən yoxdur.
Lakin ruhani yollar ali qüvvə üçün bağlı olduqda, iddia eşidirsən,
məna isə görmürsən. Deməli, dünyada elə bir adam yoxdur ki, insanlıq
iddiası etməsin. Lakin, ey oğul, nə qədər sağsan, çalış başqaları kimi
olma, mənasız iddia etmə, öyrənmək, dərk etmək vasitəsilə ruhani
yolları ali qüvvə üçün açıq saxla, qoy səndə məna olsun, iddia olmasın.
Bil, ey oğul, müdrik adamlar insanlıq və ağıldan cismdə deyil,
sözlərdə təcəssüm etmiş bir ideal yaratdılar və adını insanlıq qoydular.
Onun bədəni, canı, hissləri, mənəviyyatı var idi və dedilər: “Bu
idealın bədəni comərdlik, canı doğruluq, hissləri elm, mənəviyyatı
gözəlliklərdir. Onu adamlar arasında bölüşdürdülər. Bir dəstəyə
bədən düşdü, bir dəstəyə bədən və can düşdü, bir dəstəyə bədən,
can, hiss və mənəviyyat düşdü. Paylarına heç bir şey düşməyənlər
hərbçilər, əyyarlar və bazar əhli idi. Camaat onlara”comərd” adını
verdi. Bədən və can düşən dəstə zahiri mərifət sahibləri və yoxsul
sufilərdir, camaat onlara “zahid” və “ürəfa”adı vermişdir. Bədən, can
və hisslər düşən dəstə filosoflar, imamlar və müqəddəs adamlardır,
camaat onlara “müdriklər” adını vermişdir. Bədən, can, hiss və
mənəviyyat düşən dəstə məlaikələr, insanlardan isə peyğəmbərliyə
çatanlardı. Paylarına comərdlik düşən dəstə də həmin qrupa aiddir.
Həqiqətdə isə, necə ki deyiblər, comərdliyin əsası üç şeydir: birincisi,
dediyini edəsən, ikincisi, doğruya tərəfdar çıxasan, üçüncüsü,
səbirli olasan, çünki comərdliyə aid bütün xüsusiyyətlər bu üç şeylə
əlaqədardır”.
COMƏRDLİK QAYDALARI HAQQINDA