227
Əgər sən bunlardan daha gözəl adət və xasiyyət tapsan, elə ol,
qoy sənin üçün daha yaxşı keçsin. Tapmasan, mənim bu nəsihət və
öyüdlərimə canla-başla qulaq as və elə də et. Qulaq asmayıb qəbul
etməsən, məcburi deyil. Allah kimi xoşbəxt yaradıbsa, oxuyub anlayar,
çünki burada yazılanların hamısı hər iki dünyanın xoşbəxtləri üçün
yazılıbdır. O böyük Allahın mənə və sənə rəhmi gəlsin. Mənim bu
xoş arzularım sənə təsir etsin, Muhəmməd Mustafa və onun xanədanı
xatirinə.
COMƏRDLİK QAYDALARI HAQQINDA