226
soruşurlar: “Ya şeyx, sizə nə oldu ki, ağlayırsınız?” Deyir: “Görünüz
tamah və qane olmamaq insanı nə kökə salır. Nə olardı, o uşaq öz
quru çörəyinə qane olaydı və oğlanın halvasına tamah salmayaydı?
Onda o, özü kimi birisinin iti olmazdı”.
Deməli, ey oğul, zahid də olsan, fasiq də, gözü tox və qənaətcil ol,
onda dünyanın ən böyük və ən təmiz adamı sən olarsan.
Bil, ey oğul, bu kitabın qırx dörd fəslində bildiyim hər sahədən
bacardığım qədər danışdım və hərəsi haqqında sənə nəsihət edib öyüd
verdim, yalnız ağıllılıqdan başqa. Deyə bilmərəm ki, zorla ağıllı ol, ağlı
zorla öyrətmək olmaz.
Bil, ağıl iki cürdür: biri anadangəlmə, ikincisi, sonradan əldə
edilmə. Sonradan əldə edilmiş ağlı öyrənmək olar, anadangəlmə ağıl
böyük və izzətli Allahın hədiyyəsidir, onu təlim və təhsillə əldə etmək
olmaz. Əgər böyük Allah sənə anadangəlmə ağıl versə, bu sənin üçün
böyük xoşbəxtlikdir, zəhmət çək, sonradan əldə edilmiş ağlı da öyrən,
sonradan əldə edilmiş ağlı anadangəlmə ağılla birləşdirsən, öz əsrinin
ən gözəl alimi olarsan. Əgər anadangəlmə ağıl olmasa, nə sən, nə mən
heç bir şey edə bilmərik. Onda sonradan əldə edilmiş ağla səhlənkarlıq
etmə, mümkün qədər yaxşı öyrən. Ağıllılar zümrəsinə daxil olmasan
da, heç olmasa axmaqlar sırasına da daxil olma. Deyiblər: “Atası
olmayana atalıqdan yaxşı heç nə yoxdur”.
İndi istəyirsən ağıllı olasan, hikmət öyrən, çünki ağlı hikmətlə
öyrənmək olar.
Filosof Ərəstundan
222
soruşdular: “Ağıl qüvvəti haradan alır?” Dedi:
Hamı qüvvəti yeməkdən alar, ağlın yeməyi isə hikmətdir”.
İndi, ey oğul, mən nəyə adət etmişdimsə, hamısını sənin üçün bir
kitab etdim. Bildiyim elm, sənət və peşə haqqında bu kitabın qırx dörd
fəslində hərəsindən bir az danışdım.
Bil, ey oğul, mənim uşaqlıqdan qocalığa qədər peşəm bu olmuş və
belə olmuşam, mənim altmış üç illik ömrüm bu cür, bu minvalla başa
vurulmuşdur. Mən bu kitabı dörd yüz yetmiş beşinci ildə başladım.
Əgər Allah ömür versə, nə qədər varam, belə də olacağam. Özümə
nəyi bəyənmişəmsə, sənə də onu məsləhət bilmişəm.
COMƏRDLİK QAYDALARI HAQQINDA