234
107
Soyuqluq - Şərq təbabət elmində bəzi yeməkləri istilik, bəzilərini
isə soyuqluq sayardılar. Məsələn, bal istilik, kartof soyuqluq
sayılırdı.
108
İstilik - Bax: 107
109
Calinus - Qalen. Məşhur yunan təbibi (130-200).
110
On altı traktat” - Calinusun əsərinin adı.
111
Bokrat - Hippokrat. Qədim yunan təbibi (e. ə. 460-377).
112
Əlkun əlfəsad - Varlıq və yoxluq haqqında kitab.
113
Əs-Səma-ül-aləm - Göy və Kainat haqqında kitab.
114
Ən-Nəfs - Ruhi keyfiyyətlər haqqında kitab. Psixologiya.
115
Əl-hiss-ul-Məhsus - Hisslər və duyğular haqqında kitab.
116
Əl-heyvanat - Canlılar haqqında kitab. Biologiya.
Otuz dördüncü fəsil
117
Ehkam elmi - Astrologiya, münəccimlik.
118
Zic - Ulduzların hərəkətini və yerlərini göstərən cədvəl.
119
Beşlərin gərdişi - burada gecə, gündüz, həftə, ay, il.
Otuz beşinci fəsil
120
Səhli-Mümtəne - Şərq poetikasında zahirən yazılması asan
görünən, lakin əslində böyük ustalıq tələb edən şeirə deyilirdi. Belə
Şeirlər dərin məzmunlu, yığcam olub asan yadda qalan olur.
121
Mücanis - Cinas sözlər, cinaslar, həmcins sözlər.
122
Mütabiq - Misrada və beytdə bir-birinin qarşılığı olan sözlər.
123
Mütəzad - Təzad sözlər, mənaca bir-birinə zidd sözlər.
124
Müşakil - Eyni şəkilli sözlər, omonimlər.
125
Mütəşabih - Oxşar sözlər, təşbihlər.
126
Müstəar - İstiarə, istiarəli sözlər.
127
Mükərrər - Təkrir, təsiri gücləndirmək üçün təkrar edilən söz.
128
Mürəddəf - Rədiflənmiş (qafiyədən sonra eyni söz işlədilən) şeir.
129
Müzdəvəc - Cüt sözlər, qoşalaşmış sözlər.
130
Müzmər - məcazi mənada işlənən sözlər, alleqorik sözlər.
131
Müsəlsəl - Silsiləvari sözlər (bəhri-təvil kimi).
132
Müsəccə - Səcli, ritmli, qafiyəli nəsr.