235
133
Müləvvən - Rəngarəng, bir neçə vəzndə oxuna bilən şeir.
134
Müstəvi - Dala-qabağa eyni cür oxuna bilən şeir.
135
Müvəşşəh - Misraların ilk hərfləri oxunduqda məna verən şeir
növü.
136
Müvəssəl - Birinci misranın sonunda sözü yarımçıq qoyub ikinci
misranın əvvəlində onu tamamlayan şeir növü.
137
Müqəttə - Rəcəz bəhrində deyilmiş qısa şeir.
138
Müxəllə - Xoşa gəlməyən vəzndə deyilmiş şeir.
139
Müstəhil - Zahirən mənasız, lakin daxilən dərin mənası olan söz, şeir.
140
Zu-qafiyəteyn – İki qafiyəli. Hər misrasında iki qafiyəsi olan şeir.
141
Rəcəz - Özünü tərifləməkdən ibarət olan şeir.
142
Məqlub - Tərsinə yazılmış, çevrilmiş, dəyişdirilmiş söz. Əksinə,
tərsinə oxunduqda məna verən söz.
143
Mədhnamə - Birinin tərifi üçün yazılmış şeir. Birini mədh edən
şeir.
144
Əruzi - Burada əruz vəzninin ağır və xoşa gəlməyən növləri
üzərində yazılan şeir nəzərdə tutulur.
145
Əruz dairələri - Əruz vəznində müəyyən prinsip üzrə bir neçə
bəhri birləşdirən dörd, beş və altı dairə.
146
Bəhr - Əruz vəzninin növü.
147
Əruz bəhrlərinin və onların növlərinin adları.
148
Əruz - beytin birinci misrasının son bölümü.
149
Zərb - beytin ikinci misrasının son bölümü.
150
Mərsiyə - ölüm, matəm münasibətilə yazılmış kədərli şeir.
151
Tərkidünya - dünyadan əl çəkməyi tərənnüm edən pessimistik
şeirlər.
152
Bistun - Kirmanşahla Həmədan arasında olan məşhur dağın adı.
Fərhad Şirinin eşqi ilə bu dağı yarmışdır.
153
Büraq - Muhamməd Peyğəmbərin (s.) Meraca getdiyi varlığın
adı.
154
Rəxş - Əfsanəvi Rüstəm pəhləvanın atının adı.
155
Şəbdiz - Şirinin atının adı.
156
Qəsidə - Birinci iki misrası həmqafiyə, sonra isə misraaşırı
həmqafiyə olan mədh, tərif, həcv, hikmət və s. mövzularda yazılmış
şeir növü.