24
natamam qalar. Dünyanın kef və ləzzəti ondadır ki, görmədiyin şeyləri
görəsən, yemədiyin şeyləri yeyəsən, əntiqə və nadir şeylər alasan.
Səfərə çıxmadan belə şeyləri əldə etmək mümkün deyil. Səfərə çıxmış
adamlar dünyagörmüş, təcrübəli, ağıllı və xoşbəxt hesab edilirlər,
çünki onlar eşidilməmiş sözləri eşitmiş, görülməmiş şeyləri görmüşlər.
Yaxşı deyiblər: “eşitmək hara, görmək hara!” Heç kəs dünyagörmüş
adamları görməmişlərə bərabər tutmaz. Ona görə deyiblər ki:
Dünya görmüşləri ağıllı insan,
Dünya görməmişlə tutmamış yeksan!
Deməli, dövlətlilərə səfəri ona görə vacib buyurubdur ki, Onun
verdiyi nemətin qədrini bilsinlər, bu neməti ağız ləzzəti ilə yeyib
Allahın əmrini yerinə yetirsinlər və onun evini ziyarətə getsinlər. Lakin
bunu yoxsul, imkansız və əliboş adamlara buyurmayıb. Bu barədə mən
də aşağıdakı iki beytdə demişəm:
Yar məni çağırmayıb, yer vermirsə eyvanda,
Yoxsulsan, gəlmə” deyib, xar edirsə hər yanda,
Onda təqsir görməyin, bax, o böyük Allah da
Öz evinə çağırmır insan yoxsul olanda.
Yoxsul Həccə getsə, özünü təhlükəyə salmış olar. Dövlətlilərə aid
işlərə baş qoşan yoxsul sağlam adama aid işlərlə məşğul olan xəstəyə
bənzər və onun vəziyyəti biri dövlətli, o biri yoxsul olan o iki hacının
əhvalatına oxşar.
Əhvalat.
Bir dəfə Buxara əmiri Həccə getmək qərarına
gəlir. O,
çox varlı idi, karvanda ondan dövlətlisi yox
idi. Yüzdən yuxarı yüklü
dəvəsi olan bu əmir bəzəkli kəcavədə
oturub səhrada yırğalana-
yırğalana, xumarlana-xumarlana
yol gedirdi. Ona nə lazım idisə,
hər şeyi var
idi. Onunla birlikdə, dövlətlilərlə bərabər, yoxsullar
dəstəsi də Həccə gedirdi. Onlar Ərəfata
11
çatdıqda ayaqyalın,
başıaçıq, ac-susuz, ayaqları qabar çalmış bir dərviş əmiri təmtəraq
İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA