29
Sən həm Allah yanında, həm valideynin yanında üzü ağ olarsan.
Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama. Ata-
anan ölməsə də, sənin ruzin yetişəcək, çünki hər kəsin qisməti özünə
çatacaq. Artıq ruzi əldə etmək üçün özünü çox da ora-bura vurma; ora-
bura soxulmaqla ruzi artmaz. Ona görə deyiblər: “Zəhmət çəkməklə
yaşa, özünə əziyyət verməklə yaşama!”
Ruzi haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə, halı
səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax.
Mal-dövlət cəhətdən yoxsul olsan, çalış ağıl və kamalca dövlətli ol,
çünki ağıl-kamal zənginliyi ki var mal-dövlətdən daha yaxşıdır. Ağıl ilə
dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq isə olmaz. Cahil adam
tez yoxsullaşa bilər, lakin ağılı oğru apara bilməz, su və od məhv edə
bilməz.
Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl paltarsız
bədən, simasız adam kimidir. Yaxşı deyiblər: “Bilik ağlın aynasıdır”.
ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA