31
mərifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyil. Bil ki, sən ata
və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki o, xarici bəzəkdir.
Əsl ad-san ona deyərlər ki, onu öz istedad və bacarığınla əldə etmiş
olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, “dayı” əvəzinə
müəllim”, “alim”, “fəqih”
15
, “
həkim” çağırarlar. Əgər əsil-nəsəbi olan
adamın öz bacarıq və ləyaqəti yoxsa, o heç kəsin işinə yaramaz. Lakin
bir adamda hər iki xüsusiyyət olsa, ondan bərk yapış, əldən buraxma
ki, o, hamının işinə yarayar.
Onu da bil ki, bütün sənətlər içində ən gözəl sənət danışmağı
bacarmaqdır. Böyük yaradan insanı bütün məxluqatın ən şərəflisi etmiş
və onu on xüsusiyyətə görə (beşi bədənin daxilində, beşi xaricində)
başqa canlılardan üstün yaratmışdır.
Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül, təsəvvür və
danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə, qoxu bilmə, toxunma
və dad bilmə xüsusiyyətidir.
Bu xüsusiyyətlərdən canlılara olanları insanlardakı kimi deyil, ayrı
cürdür. Buna görə də insan başqa canlılara üstün gəlmiş və onların
üzərində hökmranlıq əldə etmişdir.
İndi ki bunu bildin, gərək sən dilini gözəl danışmağa və yaxşı
şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey deməyə adət
etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət etdiribsənsə, həmişə
onu da deyəcəkdir. Odur ki, deyiblər: “Dili xoş olanın havadarı çox olar”.
Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki
yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız
sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi
verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır.
Müdrik adamlar sözü şəraba oxşatmışlar, o həm məst edər, həm
məsti ayıldar. Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib
nəsihət etmə, xüsusən, nəsihətə qulaq asmayana. Elə adam axırda özü
yıxılar. Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki: “Adamlar
içərisində nəsihət məzəmmətə bərabərdir”. Çoxdan yolunu azmışları
düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri bitmiş, qol-budaq atmış
və yüksəlmiş ağacı kəsib yonmayınca düzəltmək olmaz. Söz deməkdə
xəsislik etmədiyin kimi, imkanın olsa mal verməkdə də xəsislik etmə,
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA