32
çünki adamlar sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış
yerlərdən uzaq gəz, bədxah dostdan və pis yoldaşdan uzaq qaç, elə
yerə get ki, səni axtarıb orada tapsalar, rüsvay olmayasan. Malını elə
yerə qoy ki, istəyəndə tapa biləsən.
Xalqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və kədərinə
gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş danış ki, xoş söz eşidəsən.
Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədər gedər, yəni
namərd adama yaxşılıq etmək şoranlığa toxum əkmək kimi şeydir.
Lakin layiq olan adamlardan yaxşılığı əsirgəmə və yaxşılıq öyrədən
ol ki, Peyğəmbər əleyhissəlam demişdir: “Yaxşılıq yolunu göstərən
adam yaxşılıq edən adama bərabərdir”. Yaxşılıq et və yaxşılığı öyrət,
çünki bunlar biri-birindən ayrılmaz ekiz qardaşdır. Yaxşılıq etməkdən
peşman olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada,
o dünyaya getməmişdən əvvəl çatacaq. Birinə yaxşılıq edərkən o adam
nə qədər rahat olursa, sən də o qədər rahat olursan, pislik etdikdə o nə
qədər inciyirsə, sənin də qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna
görə heç kəsə pislik etmə. Sən özün əzab çəkməkdən heç kəsə ziyan
vura bilməzsən və sənin öz xoşun olmadan heç kəs səndən yaxşılıq
görə bilməz. Deməli, “yaxşı və pisin mükafatı o dünyaya getməmiş
hələ bu dünyada yetişəcək” sözləri tamamilə doğrudur. Heç kəs mənim
bu dediklərimi inkar edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq
ya pislik edibsə, dərindən düşünsə, o, mənim haqlı olduğumu anlar və
bu dediyim sözləri təsdiq edər. Deməli, nə qədər bacarırsansa, yaxşılığı
heç kəsdən əsirgəmə, yaxşılıq bir gün öz bəhrəsini verəcəkdir.
Hekayət. Eşitmişəm, Mütəvəkkilin
16
Fəth adlı çox gözəl camallı,
savadlı, tərbiyəli bir qulu var imiş. Mütəvəkkil onu oğulluğa
götürmüş və doğma uşaqlarından daha çox sevərmiş.
Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər
çağırılır. Dəclədə ona üzməyi öyrətməyə başlayırlar.
Fəth üzməyi hələ yaxşı öyrənə bilməmişdi, lakin
bütün uşaqlar kimi özünü elə göstərirdi ki, guya
üzə bilir. Bir gün o, müəllimindən gizlin Dəcləyə
atılır, su bərk axdığından Fəthi gicəllətməyə
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA