42
Hekayət. Ey oğul, bil ki, mən əmir Bus-Suvar dövründə Həccdən
qayıtdığım il Gəncəyə cihad davasına getmişdim. Mən Hindistan
cihadında çox iştirak etmişdim, indi də Rum cihadında iştirak etmək
istəyirdim. Əmir Bus-Suvar böyük şah idi, dediyini eləyən, müdrik,
ləyaqətli, ədalətli, şücaətli, fəsahətli, dini sevən, uzaqgörən idi, yəni
şahlara xas olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi
adam idi, zarafatı xoşlamazdı.
Məni görəndə çox hörmət etdi, mənimlə söhbətə başlayıb cürbəcür
şeylər danışdı, mən də ona qulaq asırdım, lazım olan cavablar verirdim.
Cavablarım onun çox xoşuna gəldi, mənə çoxlu kəramətlər göstərdi və
geri qayıtmağa qoymadı. Mənə o qədər lütfkarlıq etdi ki, axırda mən də
ürəkdən meylimi ona saldım, bir neçə il Gəncədə qaldım. Mən həmişə
onun qonaqlıqlarında olurdum, şərab məclisində iştirak edirdim. O
məndən müxtəlif şeylər soruşur, keçmiş şahların tarixi ilə maraqlanır,
dünyanın vəziyyəti haqqında suallar verirdi. Bir gün bizim vilayət
haqqında söz düşdü, hər yerin əcaib-qəraib adətlərindən soruşmağa
başladı. Mən dedim: “Gürganın
27
yaxınlığında, dağın ətəyində bir kənd,
bu kənddən uzaqda isə bir bulaq vardır. Kəndin arvadları su gətirmək
üçün bir yerə toplanır, sonra həmin bulağa gedərək sərniclərini su
ilə doldurur, başlarına qoyub qayıdırlar. Qadınlardan biri qabaqda
sərnicsiz gedir, yola diqqətlə baxır. O yerlərdə təsadüf edilən yaşıl
bir qurd (cücü) var, ona rast gələndə götürüb kənara atır ki, su
aparan qadınlar onu tapdalamasınlar. Kim həmən qurdu tapdalayıb
öldürsə, başında olan sərnic suyu dərhal iylənir, ona görə suyu yerə
boşaldıb geri dönmək, sərnici pak eyləyib yenidən su ilə doldurmaq
lazım gəlir”.
Mən bu sözü dedikdə əmir Bus-Suvar üz-gözünü
turşutdu, başını yırğaladı, bir neçə gün mənimlə əvvəlki
kimi mehriban olmadı. Bir dəfə Piruzan Deyləmi
28
mənə
dedi: “Əmir səndən gileylənib deyir ki, filankəs ciddi adama
oxşayır, ancaq bilmirəm nə üçün mənə uşaq-uşaq sözlər danışır,
onun kimi bir adam mənim kimi birisinə nə üçün yalan deyir?”
Mən o saat Gəncədən Gürgana bir qasid göndərdim və
əmr etdim ki, belə bir kəndin həmən yerdə olduğu və
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA