48
ziyarətə getmişdi. Onun dəxməsinə
35
çatanda gördü ki, bədəni taxt
üzərində çürüyüb torpağa dönmüşdür. Onun taxtının üzərində,
dəxmənin divarında pəhləvi dilində qızıl su ilə yazılmış bir neçə sətir
yazı var idi. Məmun əmr etdi, pəhləvi dili bilən alimləri gətirdilər.
Onlar həmən yazıları oxudular və ərəb dilinə tərcümə etdilər. Bu ərəb
tərcüməsi əcəmdə məşhurdur. Birinci növbədə deyilirdi: „Nə qədər ki,
mən sağ idim, Allahın bütün bəndələri məndən kömək alırdılar, elə bir
adam olmamışdır ki, mənim qapıma gəlməsin, mənim nemətimdən
bir qismət aparmasın. Ölüm qarşısında aciz qaldığım zamanda isə bu
sözləri divara yazdırmaqdan başqa heç bir çarə tapmadım. Dedim ki,
əgər bir adam bir vaxt məni ziyarətə gəlsə, bu yazıları oxuyub yadda
saxlasa, qoy o da mənim mərhəmətimdən məhrum olmasın, bu nəsihət
və öyüdlər o adamın ayaq zəhmətinin mükafatı olsun“.
Bu nəsihətlər aşağıdakılardır.
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA