47
kəbin haramdır, bu halda, onun öz dediyinə görə, o, haramzadədir. Yox,
əgər ürəkdən demirsə, deməli yalançıdır, ona tənbeh lazımdır“. Sonra qoca
əlavə etdi: „Hər halda ya yalançıdır, ya haramzadə. Peyğəmbər övladı isə
yalançı olmamalıdır, necə istəyirsiniz, onu elə də adlandırın, şübhəsiz ki,
bu ikisindən birisini qəbul etmək lazım gələcək“.
O cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Bu sözü
fikirləşməyib dediyi üçün ağrısını çəkdi.
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirmək
divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, diqqət et, gör o sənin
sözlərinin müştərisidir, ya yox. Əgər yağlı müştəri tapsan, əl çəkmə,
sözlərini sat, yox, müştəri deyilsə, o sözü saxla, onun xoşuna gələn
başqa şeylər danış, qoy dönüb sənin müştərin olsun. Lakin çalış
adamla adam ol, insanla insan, çünki adam başqadır, insan başqa.
Qəflət yuxusundan ayılanlar xalqla mən dediyim kimi rəftar edər.
Bacardıqca söz deyib söz eşitməkdən çəkinmə, çünki insanlar
söz eşitmək vasitəsilə söz deməyi bacaran olarlar. Sübut: əgər uşağı
anasından ayırıb zirzəmiyə salsalar, orada süd verib böyütsələr, anası
və dayəsi onunla danışmasalar, ona nəvaziş etməsələr, o heç kəsin
səsini eşitməsə, böyüdükdə lal olar, lakin bu adam uzun müddət eşidib
öyrəndikdən sonra dilə gəlib danışar. Başqa bir sübut: anadan kar
doğulan lal olar. Görmürsənmi, lalların hamısı kardırlar?
Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə hökmdarın
və alimlərin dedikləri hikmətli sözləri. Demişlər ki, alimlərin,
hökmdarların nəsihətlərinə qulaq asmaq ağlın gözünü işıqlandırar,
çünki ağıl gözünün tutiya
33
və sürməsi hikmətdir. Bu dediyim sözlərə
canla-başla qulaq asıb onlara etiqad etmək lazımdır.
İndi belə mənalı və nadir sözlərdən bəzisi yadıma düşdü. Bu sözlər
əcəm şahlarının şahı Ənuşirəvan Adilin dilindən deyilmişdir, mən
onları bu kitabda ona görə xatırladıram ki, sən oxuyub öyrənəsən
və onlara əməl edəsən. O padşahın sözlərinə və məsləhətlərinə əməl
etmək bizə daha vacibdir, çünki biz o şahların nəslindənik.
Bil, mən keçmiş xəlifələr haqqındakı xəbərdə belə oxumuşam ki,
xəlifə Məmun
34
(
Allah ona rəhmət eləsin) Ənuşirəvanın məzarını
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA