50
Sonra demişdir: „Faydasız qulaq asan adamın başı başsağlığı verilən
adamınkından daha çox ağrıyar“.
Sonra demişdir: „Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən
ziyanını gözü ilə görəndir“.
Sonra demişdir: „Alınıb-satılan qul öz qarnının qulu olan adamdan
daha azaddır“.
Sonra demişdir: „Elmi olub ağlı olmayan adama elm əziyyət verər“.
Sonra demişdir: „Həyatdan dərs ala bilməyən adama heç kəs dərs
verməməlidir, çünki əməyi hədər gedər“.
Sonra demişdir: „Nadana hər şeyi qorumaq özünü öz nadanlığından
qorumaqdan daha asandır“.
Bir də demişdir: „İstəyirsən xalq səni tərifləsin, sən də xalqı təriflə“.
Sonra demişdir: „İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədər
getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!“
Sonra demişdir: „Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!“
Sonra demişdir: „Tez-tez kədərlənmək istəmirsənsə, paxıl olma“.
Bir də demişdir: „İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini
başqasına da rəva görmə“.
Sonra demişdir: „İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin
gedişinə uyğun qur“.
Sonra demişdir: „İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan
şeyi axtarma“.
Sonra demişdir: „Həya-abırla yaşayıb dolanmaq istəyirsənsə,
başqalarını rüsvay etmə“.
Sonra demişdir: „Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş
hesab etmə“.
Sonra demişdir: „İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının
sirrini açma“.
Sonra demişdir: „Dalda ələ salınmaq istəmirsənsə, əlin altında
işləyənlərlə mülayim dolan“.
Sonra demişdir: „Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsinə
tabe olma“.
Sonra demişdir: „Zirək olmaq istəyirsənsə, öz-üzünü başqalarının
aynasında gör“.
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN XATIRLADILMASI HAQQINDA