51
Sonra demişdir: „Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına
yamanlıq etmə“.
Sonra demişdir: „İstəyirsən sənin qədrini bilsinlər, başqalarının
qədrini bil“.
Sonra demişdir: „İstəyirsən xalq səni ağıllı hesab etsin, ağılsız
adama sirr vermə“.
Sonra demişdir: „İstəyirsən camaatdan üstün olasan, duz-çörək
verən ol“.
Sonra demişdir: „İgidliyini xalqı incitməkdə görən adamı özünə
düşmən say“.
Sonra demişdir: „Sənin düşmənlərinlə dostluq edənə dost
demə“.
Sonra demişdir: „İstedadsız adamla dostluq etmə, istedadsız adam
nə dostluğa yarayar, nə düşmənçiliyə.
Sonra demişdir: „Özünü alim sayan nadandan uzaq gəz“.
Sonra demişdir: „Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin“.
Sonra demişdir: „Haqq acı olsa da, onu dinləmək lazımdır“.
Sonra demişdir: „İstəyirsən düşmən sənin sirrini bilməsin, onu
dosta demə“.
Sonra demişdir: „Xırdaçılıq edən və böyük ziyan verən olma“.
Sonra demişdir: „Ləyaqətsiz adamları diri hesab etmə“.
Sonra demişdir: „Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə, gözü
tox ol“.
Sonra demişdir: „Hədərə alma ki, hədərə də satasan“.
Sonra demişdir: „Tay-tuşa möhtac olmaqdansa, ölmək yaxşıdır“.
Sonra demişdir: „Əclaf adamın çörəyi ilə dolanmaqdansa, acından
ölmək yaxşıdır“.
Sonra demişdir: „Hər düşündüyünü etibarsız adama demə, lakin
etibarlı adamdan da gizlətmə“.
Sonra demişdir: „Özündən aşağı adama möhtac olmaq böyük
müsibətdir; suda boğulmaq alçaq adamdan kömək ummaqdan
yaxşıdır“.
Sonra demişdir: „Bu dünya üçün çalışan təvazökar fasiq
36
o dünya
üçün çalışan təkəbbürlü abiddən
37
yaxşıdır“.
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN XATIRLADILMASI HAQQINDA