54
heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam,
mən özüm onları istəmirəm“.
Böyük tanrım, coşqun cavan çağımda
Gecə, gündüz bu idi fikrim, sözüm:
Qocalıqda kim sevəcəkdir məni?
Qocalmışam indi, sevmirəm özüm!
Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, heç vaxt
ölümdən arxayın olma, çünki ölüm qocalıq və cavanlığa baxmır. Bu
barədə Əscədi
39
belə demişdir:
Yaşla olsa idi ölüm, hər zaman
Qocalar ölərdi, ölməzdi cavan!
Bil ki, doğulan mütləq öləcəkdir.
Hekayət. Bir şəhərdə bir dərzi var idi. Bu dərzi şəhər darvazasının
yanında dükan açmışdı. Qəbristanlığın yolu bu dükanın qabağından
keçirdi. Dərzi mıxdan bir kuzə asmış və adət etmişdi ki, hər cənazə
şəhərin darvazasından çıxarılanda o kuzənin içərisinə bir daş salsın. Ay
qurtardıqda kuzənin ağzını açıb daşları sayar, neçə adamın öldüyünü
bilərdi. Sonra kuzəni boşaldar və yenidən daş salmağa başlardı. Bir gün
çatdı, dərzi özü də öldü. Bir kişi dərzini çağırmaq üçün gəldi, onun
öldüyünü bilmirdi. Dükanı bağlı gördükdə qonşusundan soruşdu:
Dərzi hardadır ki, qapısı bağlıdır?“ Qonşusu cavab verdi: „Kuzədə“.
Ey oğul, ayıq ol, cavanlığına qürrələnmə. İstər taətdə
40
ol, istərsə
məsiyətdə
41
,
hər vəziyyətdə olursan ol, lakin o böyük Yaradandan
çəkin və bağışlanmanı istə, həmişə ölümdən qorx ki, ağır günahlarınla
birlikdə dərzi kimi qəflətən kuzəyə düşməyəsən.
Həmişə cavanlarla oturub durma, hərdən bir qocalarla da gəlib-
gedişin olsun. Dost və aşnalarını həm cavan, həm də qocalardan
seç. Cavanlıq edib nalayiq bir iş görmək fikrinə düşsən, qocalar ona
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA