55
mane olarlar, çünki qocaların bildiklərini cavanlar bilə-bilməzlər.
Hərçənd qocalara sataşıb gülmək cavanların adətidir, qocaların
cavanlığa ehtiyacı olduqları üçün onları bu səbəbə görə ələ salıb
hörmətsizlik etmək cavanlara yaraşmaz. Əgər qocalar cavanlıq arzu
edirlərsə, cavanlar da, şübhəsiz, qocalıq arzusunda olarlar. Qocalar
cavan olub onun bəhrəsini də görüblər, lakin cavanların vəziyyəti
daha çətindir, onlar bu arzuya çata da bilərlər, çatmaya da bilərlər.
Diqqətlə baxsan, hər ikisinin bir-birinə ehtiyacı vardır. Hərçənd
cavanlar özlərini hamıdan ağıllı, çoxbilən hesab edirlər, sən belə
cavanlardan olma və qocalara hörmət et, onlara nalayiq sözlər
demə, qocaların cavabı ağır olar.
Hekayət. Eşitmişəm, yüz yaşlı bir qoca varmış, beli bükülmüş,
qəddi kamantək əyilmiş, əsaya təkyə edərək gəzirmiş. Bir cavan onu
ələ salmaq üçün deyir: „Ey şeyx, bu kamanı neçəyə alıbsan, de, mən
də alım”. Qoca deyir: “Əgər ömrün olsa, səbr etsən, onu sənə havayı
bağışlayarlar”.
Nə qədər ləyaqətli və istedadlı olsan da, yüngülbeyin qocalarla
oturub-durma, ağıllı-kamallı cavanlarla həmsöhbət olmaq yüngül
qocalarla həmsöhbət olmaqdan yaxşıdır. Nə qədər cavansan, cavanlıq
et, qocaldın - qocalıq. Bu barədə iki beyt də mən demişəm:
Dedim ört qapını, buyur otağa,
Könlümə hakim ol, qəlbimə ağa!
Dedi: “Get, ağ saçı tutdur boyağa,
Qocaldın, qoca ol, qoyulma lağa!”
Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq yaraşmaz.
Qocalıqda cavanlıq eşqinə düşən məğlubiyyət zamanı qələbə şeypuru
çalana oxşar, necə ki, mən “Zöhdiyyat”da
42
demişəm:
Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq
Məğlub ikən zəfər təbili çalmaq kimi bir işdir.
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA