58
Hekayət. Atamın hacibləri
44
içərisində bir hacib var idi, ona Kamil hacib
deyərdilər. Yaşı həştadı keçmiş bir qoca idi, at almaq istəyirdi. Mehtər ona
bir cins at gətirdi, rəngi gözəl, özü kök, əli-ayağı düz idi. Hacib atı gördükdə
bəyəndi, qiymətləşdilər, lakin dişlərinə baxdıqda, qoca olduğunu bildi,
almadı, başqa birisi aldı. Mən ona dedim: “Ey hacib, filankəs alan atı sən nə
üçün almadın?” Dedi: “O, cavan bir adamdır, qocalıqdan xəbəri yoxdur, o at
isə zahirən gözəldir, əgər elə adam belə bir ata vurulursa, üzrlü hesab edilə
bilər. Lakin mənim qocalıq əzab və əziyyətindən xəbərim var, qocalığın nə
olduğunu bilirəm, qoca at alsam, bu mənim üçün üzrlü sayılmaz”.
Ey oğul, çalış, qocalıqda bir yerdə özünə məskən sal. Qocalıqda səfərə
çıxmaq yaxşı iş deyil, xüsusilə, yoxsul üçün. Çünki həm qocalıq düşməndir,
həm yoxsulluq. İki düşmənlə yola çıxmaq isə ağıllı adama yaraşmaz. Lakin
əgər təsadüfən və ya zərurət üzündən səfərə çıxmalı olsan, Allah-Taala sənə
rəhm edib qürbətdə işini düz gətirsə, bil ki, bu, bir yerdə oturub qalmaqdan
yaxşıdır. Belə halda qoy öz doğma yurdunun havası başına vurmasın,
harada işin düz gətirirsə, orada da özünə məskən sal. Harada günün yaxşı
keçirsə, oranı da özünə vətən hesab et. Doğrudur, deyiblər ki, “Vətən ikinci
anadır”, lakin buna çox da aludə olma və öz işlərinin yaxşı getməsinə çalış.
Deyiblər ki, “xoşbəxtləri xoşbəxtlik özü çəkər, bədbəxtləri isə doğma yurd”.
Lakin elə ki işlərinin yaxşı getdiyini gördün, əlinə faydalı bir iş keçdi, çalış
onu əldən buraxma, özünü orada möhkəmlət. Elə ki möhkəmləndin,
artıq şey tələb etmə, qorx ki, artıq əvəzinə azlığa düşməyəsən! Deyiblər:
yaxşı qoyulmuş şeyi daha yaxşı qoyma ki, artıq tamahlıq üzündən daha
pis vəziyyətə salmayasan. Lakin gün keçirib dövran sürməkdə başıpozuq
olma. İstəyirsən dost-düşmən gözündə qədir-qiymətin olsun, gərək xalq
arasında əsil-nəsəbin, dərəcə və rütbən aydın olsun. Avara həyat keçirmə,
öz yaşayışına fikir ver, ifrata varma.
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA