63
keçər. Bütün bu deyilənləri nəzərə alıb şəraba meyl etməsən, məni çox
sevindirmiş olarsan.
Lakin bilirəm, cavansan və yoldaşların qoymazlar içməyəsən. Hədər
yerə deməyiblər: „Təklik pis yoldaşdan yaxşıdır“. Əgər içsən, bilirəm,
ürəyində tövbə etmək istəyəcəksən, tutduğun işdən peşman olacaqsan.
Hər halda şərab içməli olsan, gərək onu necə içmək lazım olduğunu
biləsən, bilməsən, zəhr olar, bilsən - padizəhr. Həqiqətdə də belədir, yemək
və içməkdə qayda-qanuna riayət etməsən, nəticəsi pis olar. Deyiblər ki:
Padizəhr zəhr olar, çox olsa əgər.
Hər şey həddin aşsa, bil, ziyan verər.
Çörək yedikdə o saat şərab içmək olmaz, üç saat gözləməlisən ki,
üç dəfə susayıb su içəsən. Susamasan da, üç saat gözlə, çünki mədə
sağlam və qaydasında olsa, həddindən artıq xörək yemiş olsan belə,
yeddi saata həzm gedəcəkdir: üç saat həll edəcək, üç saat da şirəsini
çəkib ciyərə göndərəcəkdir ki, o da onu bütün daxili bədən üzvləri
arasında bölüşdürsün, çünki bölüşdürən odur. Bir saat keçdikdən
sonra nə qalsa, bağırsaqlara göndərər. Səkkiz saata mədə boşalmalıdır,
boşalmırsa, o, mədə deyil, çürümüş tuluqdur.
Dedim, yeməkdən üç saat sonra iç ki, xörək mədədə tam həzm
edilmiş olsun və sənin dörd təbiətin
45
xörəkdən onlara düşən payı
almış olsun. Bundan sonra şərab iç, beləliklə, həm şərabdan həzz
alarsan, həm təamdan.
Amma şərab içməyə ikindi namazından sonra başla ki, məstlik vaxtı
çatanda gecə düşmüş olsun, xalq sənin sərxoşluğunu görməsin. Məst
olduqda yerini dəyişmə, məstlikdə yerini dəyişmək yaxşı olmaz. Şərab
içmək üçün çölə və bağa getmə, getsən, keflənənə qədər içmə, evə gəl,
sərxoşluğu evdə et. Evin tavanı altında mümkün olan şeyləri çölün
asimanı altında etmək olmaz. Hər kəs evində öz ölkəsində olan padşah
kimidir, səhrada isə - yad ölkədə olan qərib kimi.
Şərab içərkən elə iç ki, həmişə iki-üç badəyə yer qalsın. Artıq yeyib,
artıq içməkdən özünü saxla, sərxoşluq və toxluqdan uzaq ol. Toxluq
təamın son tikəsində olur. Demək, həmişə bir tikə az yeyib bir badə az
ŞƏRAB İÇMƏK QAYDALARI VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA