64
içməlisən ki, hər ikisinin artıqlığından xilas olasan. Çalış içki düşkünü
olma, çünki düşkünlüyün nəticəsi iki şey ola bilər: xəstəlik və dəlilik.
Nəticəsi belə olan bir işlə məşğul olmağına dəyərmi?
Mən bilirəm ki, belə sözlərlə sən içkidən əl çəkməyəcəksən, ancaq heç
olmazsa, çalış, səhər acqarına şərab içməyi özünə adət etmə, təsadüfən
səhərlər içməli olsan, hərdənbir iç. Ağıllı adamlar səhər içməyi pisləmişlər.
Səhər içməyin birinci ziyanı odur ki, sübh namazını bada verərsən,
ikincisi, dünənki gecə xumarlığı başından çıxmamış, bugünkü səhər
buxarlığı ona əlavə olunar, bunun nəticəsi isə melanxoliyadan başqa bir
şey olmaz, iki müfsidin
46
fəsadı bir müfsidin fəsadından çox olar. Bundan
əlavə, başqaları yatarkən sən ayıq qalarsan, onlar ayıq olduqda sən
yatmağa məcbur olarsan. Gündüz yatmayıb gecəni oyaq qalanda sabahısı
bir tərəfdən şərabın təsiri, digər tərəfdən yuxusuzluğun nəticəsində
bədənin üzvləri yorğunluqdan ağrımağa başlar. Səhər içkisindən sonra
adətən dava-dalaş olar, bunun da axırı ya peşmançılıqdır, ya yersiz pul
məsrəfi. Yalnız əsaslı səbəb olduqda tək-tək hallarda səhər içmək olar,
lakin içməsən, daha yaxşıdır, çünki pis adətdir. Əgər şəraba həris olsan,
cümə axşamı ona görə içmə ki, cümə günü camaatın görüşünə getməli və
cümə namazı qılmalı olacaqsan. Bir cümə axşamı şərab içməməklə sən bir
həftə camaatın könlünü ələ alarsan, xalqın məzəmmətindən uzaq olarsan
və sənin xərcin xeyli azalar, çünki hər ildə əlli cümə var, deməli, əlli
günlük xərcin cibində qalar, bədənin, nəfsin, əqlin, ruhun da dincəlmiş
olar, bir həftədə beyin və damarlarına dolmuş içki buxarı həmin bir gecə
içərisində yayılıb yox olar. Bir gecə dincəlməyin həm səhhətinə və halına,
həm cibinə və malına fayda verər.
Deməli, beş xüsusiyyətin əmələ gəlməsinə səbəb olan bir adətə
vərdiş etmək lazımdır.
ŞƏRAB İÇMƏK QAYDALARI VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA