66
Qonaq ya dost olsun və yaxud düşmən,
Gərək layiqincə hörmət edəsən.
Meyvə varsa, xörəkdən əvvəl meyvə gətir, yesinlər. Bir az ara ver,
sonra xörəkləri süfrəyə düzdür, lakin özün oturma, qoy qonaqlar
sənə bir dəfə, iki dəfə desinlər “otur”, əgər qonaq çox deyilsə və sənin
oturmağın münasibdirsə, yalnız bundan sonra onların təklifini qəbul
edib yemək ye və hamıdan aşağı otur. Qonaqdan üzr istəmə, çünki
qonaqdan üzr istəmək qara camaat və bazar əhlinin xasiyyətidir və hər
saatbaşı demə ki, “filankəs, heç yemirsən, yaxşı ye, utanma, bağışla,
sənin üçün elə bir şey hazırlaya bilməmişəm, inşallah gələcəkdə
xəcalətindən çıxaram” və s. Belə sözlər adlı-sanlı adamların sözü deyil.
Bu, ildə yalnız bir dəfə qonaqlıq verə bilən, məsələn, bazar əhli kimi
adamların sözüdür. Belə sözlərdən adamlar utanar və çörək yeyə
bilməz və sənin süfrəndən yarı ac, yarı tox durarlar. Bizim
Gilanda
47
yaxşı bir dəb vardır: elə ki qonağı evə apardılar, qabağına süfrə
açıb yanına kuzələrdə su qoydular, qonaq sahibi olan ev yiyəsi və
xidmətçilərin hamısı, yalnız bir nəfərdən başqa, çıxıb gedərlər. O bir
nəfər uzaqda dayanıb qonağa lazım olan qulluğu edər, beləliklə, qonaq
istədiyi qədər yeyib qurtardıqdan sonra ev yiyəsi qayıdar. Ərəblərdə
də qayda belədir.
Qonaqlar xörəyini yeyib qurtardıqdan və əllərini yuduqdan sonra
əmr et, gülab və ətir gətirsinlər. Qonağın nökər və xidmətçilərinə də
yaxşı bax, çünki adamı tərifləyən və ya rüsvay edən onlar olar. Əmr et,
məclisə çoxlu ətirli göyərtilər qoysunlar, gözəl mütrüblər gətirsinlər.
Yaxşı şərabın yoxdursa, qonaq etmə. Gərək içki və musiqi gözəl olsun
ki, xörəyində nöqsan olsa, eybini onlar örtə bilsin. İçki günah olduğu
üçün elə etmə ki, həm günah edəsən, həm də kefi pozasan.
Mənim bu dediklərimin hamısını etsən, qonaqların haqqını
yerinə yetirmiş olarsan. Qonaqların bu haqqını sən özün üçün
vacib hesab etməlisən.
Hekayət. Belə eşitmişəm ki, İbn Müqlə
48
Bəsrənin divan işlərini
Nəsr ibn Mənsur Təmimiyə tapşırır. Bir il keçdikdən sonra geri
QONAQ ETMƏK, QONAQ GETMƏK VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA