67
çağırıb ondan hesabat tələb edir. O, çox dövlətli bir adam idi və onun
dövlətində xəlifənin gözü var idi. Hesab verdikdə onun ayağında çoxlu
mal qaldığı aşkara çıxır. İbn Müqlə deyir: “Ya bu malı ödə, ya zindana
get”. Nəsr deyir: “Ya mövlana, mənim malım var, lakin burada deyil,
bir ay mənə aman ver. Bu qədər mal üçün həbsxanaya getmək mənə
yaraşmaz”.
Müqlənin oğlu bilirdi ki, o kişinin bu qədər malı verməyə imkanı
vardır və doğru söyləyir, ona görə deyir: “Əmirəlmöminindən əmr
yoxdur və sən bu malları verməyincə başqa yerə gedə bilməzsən,
hələlik burada, mənim sarayımda hücrələrin birində otur, bu bir
ayı mənim qonağım ol”. Nəsr deyir: “Əmrinə razıyam”. Sonra İbn
Müqlənin sarayında məhbus kimi qalır. Təsadüfən ramazan ayının
əvvəli imiş. Axşam olanda İbn Müqlə deyir: “Filankəsi gətirin, bizimlə
orucunu açsın”. Xülasə, Nəsr bütün ramazan ayını onun yanında
iftar edir. Elə ki orucluq bayramı qurtarır və bir neçə gün keçir,
Müqlənin oğlu xəbər göndərirki, “malın gətirilməsini yubadırlar, nə
tədbir görək?” Nəsr deyir: “Mən qızılları vermişəm”. Müqlənin oğlu
deyir: “Kimə veribsən? “Nəsr deyir: “Sənə vermişəm”. Müqlənin oğlu
təəccüb edib deyir: “A kişi, sən qızılı kimə veribsən?” Nəsr deyir: “Mən
qızıl verməmişəm, lakin bir ay sənin çörəyini yemişəm, tam biray sənin
çörəyinlə oruc açıb, qonağın olmuşam. İndi məndən qızıl istəyirsən.
Bəs mənim zəhmət haqqım necə olsun?” Müqlənin oğlu gülüb deyir:
Qəbzini al və salamatlıqla get, mən o malı sənə diş muzdu verdim,
sənin əvəzinə o qızılı mən özüm qoyaram”.
Beləliklə, Nəsr malını müsadirə olunmaqdan xilas etdi.
Deməli, xalqın minnətini götürən, xoş sifət, gülərüz ol, lakin yersiz
gülmə, şərab az iç və qonaqlardan tez məst olma. Elə ki gördün,
qonaqlar kefləniblər, bu zaman öz mərhəmətini göstər, onların
sağlığına badələr qaldır və ləzzətlə iç, qonaqlarla mehriban olub
zarafatlaş, şuxluq et, lakin yersiz gülən olma, çünki yersiz gülmək
dəlilik kimi bir şeydir.
Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir-iki dəfə qalmasını
xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü dəfə icazə ver getsin.
QONAQ ETMƏK, QONAQ GETMƏK VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA