72
xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. Lakin heç kəslə
dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq işidir. Əgər, işdir, biri
ilə dalaşmalı olsan, elə dalaş ki, barışığa yer qalsın. Çox da sırtıq və
inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. Ən
gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç kəs ona həsəd
etməz. Hər sözbaşı demə: „a kişi!“, çünki səbəbsiz olaraq „a kişi“ deyən
adam kişini kişilikdən salmış olar.
Şərab içmək, zarafat etmək, eşqbazlıq - bunların hamısı cavanların
işidir, lakin bu işlərin əndazəsini bilmək yaxşıdır, bunları elə gözəl
təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz.
İndi ki şərab içmək, zarafat etmək, nərd və şahmat haqqında bir
neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq qaydaları və onların
şərtləri haqqında da bəzi şeylər demək lazım gəlir.
Yerinə yetirib-yetirməyəcəyini bilmirəm, çünki ürəyə hökm etmək
çətin işdir.
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA