71
Girov və puldan oynama, puldan oynamaq tərbiyəsizlikdir və
qumar hesab edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad
çıxarmışla oynama ki, sən də qumarbaz kimi tanınarsan. Oynayırsansa,
özündən daha adlı-sanlı və şöhrətlisi ilə oyna. Nərd və şahmatda
nəzakət qaydası belədir: əgər nərd oynasan, zərləri qoy əvvəlcə
rəqib götürsün, şahmatda da ilk gedişi ona ver. Lakin cığalbazlar,
xidmətçilər, arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan
oynama, axırı cəncəl olar. Zərin xalları üstündə rəqiblə mübahisə edib
hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın doğru olsa da,
camaat onu yalan güman edər.
Bütün şər və fəsadın əsası zarafatdır; zarafat etməkdən özünü qoru.
Hərçənd zarafat nə günahdır, nə eyib. Peyğəmbər (s.) də zarafat edib.
Hekayət. Aişənin evində bir qarı var idi, bir gün Peyğəmbərdən (s.)
soruşdu: “Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki kimidir,
ya cəhənnəmə”, yəni: “Mən behiştliyəm, ya cəhənnəmlik?” Deyirlər
Allahın elçisi zarafat edərdi, lakin həm də doğrusunu deyərdi.
Peyğəmbər (s.) zarafatyana qarıya deyir: “O dünyada heçbir qoca
qadın behiştdə olmayacaq”. Qarının kefi pozulur, ağlamağa başlayır.
Peyğəmbər (s.) gülərək deyir: “Ağlama, mənim sözüm də xilaf ola
bilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaq, çünki
qiyamət günü hamı qəbirdən cavan qalxacaq”. Qarının könlü açılır.
Zarafat etmək olar, lakin
söyüş
söymək
yaramaz.
Əgər söyüş etməli olsan,
barı az söy və öz taylarına
de ki, cavab qaytarsalar, eyib
olmasın. Şit zarafat etdikdə
də ona ciddilik qarışdır, lakin
söyüşdən qaç. Doğrudur, hər
zarafatda bir şitlik var, lakin
həddini bilmək lazımdır. Hər
nə desən, onu da eşidərsən,
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA