74
Görürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq olurlar. Çünki
cavanların təbiəti qocalarınkına görə daha incədir. Kobud
təbiətli
bədniyyət adam aşiq ola bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız
incə ruhlu adamlar tutular.
İstər kobud təbiətli ol, istərsə incə təbiətli, çalış aşiq olma. Aşiqlik
çox başıbəlalı bir işdir, xüsusilə, yoxsulluqda. Aşiq olan yoxsul canına
qəsd etmiş olar. Bil ki, yoxsulluq olan yerdə aşiqlik can vermək kimi
bir şeydir, xüsusilə, qocalıq vaxtı, çünki qoca pul xərcləməsə, məqsədə
nail ola bilməz. Mənim dediyim kimi:
Pulsuz idim, tutmuşdum bu azardan,
Pulsuzluqdan məhrum oldum o yardan.
Bu halıma uyğun bir məsəl də var:
Pulsuz gedən boş qayıdar bazardan”.
İşdir, əgər birindən xoşun gəlsə, ürəyinə salıb onun haqqında
fikirləşmə, həmişə qəlbinə eşqə qalib gəlməyi öyrət, heç zaman şəhvət
əsiri olub iztirab çəkmə. Bu, ağıllı adamlara yaraşmaz, çünki aşiqlikdə
insan ya vüsalda olar, ya fəraqda. Bil, bir saatlıq vüsal bir illik ayrılıq
oduna yanmağa dəyməz. Aşiqlik şirin də olsa, başdan-ayağa məşəqqət,
ürək ağrısı, iztirab və əziyyətdir. Fəraqda olsan, əzabdasan, məşuq ilə
bir yerdə olsan, sevgilin hal əhlidirsə, ürəyini çəkəcək, naz-qəmzəsi ilə
səni əldən salacaq. Onun şıltaqlığı, sonra isə ayrılıq qorxusu vüsaldan
da ağır olacaq, çünki ardınca fəraq gələn vüsal fəraqdan da ağır olar.
Məşuqən mələk təbiətli olsa belə, yenə məzəmmətdən yaxanı qurtara
bilməzsən, həmişə sənin qeybətini qırar və məşuqən haqqında şayiələr
yayarlar.
Deməli, özünü saxla və aşiqlikdən qaç. Ağıllı adamlar özlərini
aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan aşiq olmaq mümkün
deyil. Əvvəl göz görür, sonra könül bəyənir. Elə ki könül bəyəndi,
ürəyin ona mail oldu, könül ikinci dəfə görmək istəyir. Əgər sən öz
şəhvətini ürəyinin ixtiyarına versən, ürəyini isə şəhvətə tabe etsən,
sonra məşuqəni bir daha görmək üçün tədbir düşünməyə başlarsan.
Görüş ikinci dəfə baş tutduqda könül ikiqat meyl edir, qəlb daha çox
döyünməyə başlayır, insan üçüncü görüş eşqinə düşür. Elə ki üçüncü
dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab eşitdin, iş bitdi.
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINA