75
Çuvalı suya verdin, it də getdi, ip də getdi.
Bundan sonra özünü ələ almaq istəsən də, bacarmazsan, çünki iş
işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin hökmünə tabe
olmağa məcbur olarsan.
Lakin əgər sən ilk görüşdə özünü saxlaya bilsən, ürək istədikdə
onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun adını çəkməyə
qoymasa, özünü başqa şeylə məşğul etsən və ya şəhvətini başqa şey
ilə söndürsən və gözü onu görməkdən məhrum etsən, bir həftədən
artıq əziyyət çəkməzsən, daha o sənin yadına düşməz, tezliklə özünü
bəladan qurtarmış olarsan.
Lakin belə edə bilmək hər adamın işi deyil, çox ağıllı olmaq lazımdır
ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin. Muhamməd Zəkəriyya
özünün “Xəstəliklərin təqsimatı” adlı əsərində eşq xəstəliyi və onun
dərmanı haqqında deyir ki, eşq xəstəliyi ara vermədən oruc tutmaq,
ağır yük daşımaq, uzun səfər etmək, həmişə işləmək, həddindən artıq
kefə aludə olmaq və bu kimi bir xəstəlikdir. Lakin əgər hər görüşü
sənə zövq və rahatlıq gətirən bir adamı sevirsənsə, bunu rəva bilirəm.
Şeyx Əbu Səid bul-Xeyrin
50
dediyi kimi, insanlar dörd şeysiz keçinə
bilməz: birincisi - çörək, ikincisi - paltar, üçüncüsü - ev, dördüncüsü - sevimli
dost. Hər kəsin özünə görə, istər halal, istər haram, arzusu olar. Lakin
dostluq başqadır, aşiqlik başqa. Hərçənd o aşiq şair bir beytdə demişdir:
Xoşdur sənin bu atəşin, gözəl yar,
Heç yandıran bir atəş də xoş olar?!
Bil ki, insanlar dostluqdan həmişə ləzzət çəkərlər, aşiqlikdən isə
əziyyətə düşərlər. Əgər cavanlıqda aşiq olsan, yeri var, başa düşərlər,
üzrlü sayarlar, deyərlər cavandır. Çalış qoca vaxtı aşiq olma. Qocanı
üzrlü hesab etməzlər. Əgər qara camaatdan olsan, iş bir az asanlaşar,
şah olsan, amandır, belə işlərə baş qoşma, zahirdə heç kəsə könül
vermə, çünki qocalıq aşiqliyi şahlara çox baha başa gələr.
Hekayət. Babam Şəmsülməalının
51
vaxtında xəbər gətirirlər ki,
Buxarada bir tacirin iki min dinar qiymətində bir qulu var. Bu əhvalatı,
Əhmədi Coğdi əmirin yanında danışır. Əmir Səd Nəxxası çağırıb
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINA