77
Kimdə həyat ola, həm natiq ola,
Gərəkdir o, Əzra, ya Vamiq ola.
Əgər ikiüzlü deyilsə insan,
Mütləq gərək sevə, ya aşiq ola!
Hərçənd mən belə demişəm, amma sən mənim rübaimə fikir vermə,
ona əməl etmə, çalış aşiq olma. Birini sevməli olsan, eləsini sev ki,
sevməyinə dəysin. Əlbəttə, məşuq Ptolemey
55
ya Əflatun olmayacaq,
lakin bir az ağıllı olmalıdır. Bilirəm, Yəqub oğlu Yusif də olmayacaq,
lakin bir az gözəlliyi, incəliyi olmalıdır ki, camaatın ağzını bağlaya
biləsən və sənin üzrünü qəbul etsinlər. Axı camaat bir-birinin qeybətini
qırıb, bir-birinə eyib tutmağa adət etmişdir. Birindən soruşdular:
Eybin varmı?” Dedi: “Yox”. Dedilər: “Eyib tutanın necə?” Dedi: “Nə
qədər istəyirsən!” Dedilər: “Onda dünyada ən eyibli adam sənsən”.
Qonaq getsən, sevgilini özünlə aparma, aparsan, xalqın qabağında
onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, qorxma, onu heç
kəs yeməz. Elə təsəvvür etmə ki, o, hamının gözünə sənə görünən kimi
görünür. Bu barədə şair belə deyir:
Mən yazığın halına vay olsun o gün ki, sən
Mənə görünən kimi, hamıya görünəsən.
Sənin gözünə hamıdan gözəl göründüyü kimi, başqalarının da
gözünə hamıdan çirkin görünə bilər.
Bir də ona fasiləsiz olaraq meyvə, noğul vermə, dəqiqəbaşı qonaq
etmə, hər saatdan bir çağırıb qulağına söz demə, guya mən xeyirli-
zərərli şeyləri gizli deyirəm; camaat biləcək ki, sən nə dedin.
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINA