76
Buxaraya göndərir, həmin qulu iki min iki yüz dinara alıb Gürgana
gətirir. Əmir qulamı bəyənir, onu özünə dəsmaltutan təyin edir. Əmir
əlini yuyanda o, dəsmalı tutar, əmir isə əlini qurulayarmış. Bir müddət
keçdikdən sonra, bir dəfə əmir əlini yuyur, qulam dəsmalı ona verir.
Əmir əlini silə-silə dəsmalı buraxmayıb hey ona baxır, məlum olur ki,
qulam onun xoşuna gəlir, sonra dəsmaldan əl çəkir.
Bir az keçdikdən sonra o, Əbul-Abbas Qanimiyə
52
deyir: “Bu
qulamı azad edirəm və filan kəndi ona bağışlayıram. Fərman yaz, bir
kəndxuda qazı da onun üçün tap. Qoy onun evində otursun və saqqalı
gələnə qədər evdən xaricə çıxmasın”.
Əbul-Abbas vəzir idi, deyir: “Əmr hökmdarın əmridir, lakin əgər
mümkünsə, əmir buyursun, görək burada nə hikmət var?” Əmir deyir ki:
Bu gün bir hadisə baş verdi, çox da pis oldu. Yetmiş yaşında şah hara,
aşiqlik hara! Mənə yetmiş yaşdan sonra Allah bəndələrini dolandırmaq,
ordu, xalq və ölkənin hayına qalmaq lazımdır. Mən eşqbazlıqla məşğul
olsam, nə Allah yanında üzrlü sayılaram, nə bəndə yanında”.
Bəli, cavan nə etsə, üzrlüdür, lakin adam nə qədər cavan olsada,
gərək dəlicəsinə eşqini büruzə verməsin, beləliklə, siyasət və hörmətə
sədəmə vurmasın.
Hekayət. Qəzneydə
53
eşitmişəm, Məsudun xidmətində on qulam
var imiş, onu da onun şəxsi paltar saxlayanı imiş. Onların arasında
Nuştəkin adlı bir qulam sevimlisi imiş. Lakin heç kəs, o cümlədən bu on
qulam da bilmir ki, Soltanın sevimlisi kimdir, çünki Soltan Nuştəkinə
nə bağışlayırmış, hamıya da ondan verirmiş ki, hərə elə bilsin
Məsudun sevimlisi odur. Soltanın bu bəxşişləri verməkdə məqsədi isə
Nuştəkin imiş. Beş il bu minval ilə keçir. Bir gün Soltan sərxoş ikən
deyir: “Mənim atam Ayaza nə bağışlamışdısa, onların hamısını bütün
pul, qəbz və iqtaları
54
ilə birlikdə Nuştəkinə verilməsi haqqında fərman
yazın”. Yalnız bundan sonra bilirlər ki, onun sevimlisi Nuştəkin imiş.
Hərçənd mən bu əhvalatları danışıram, lakin bilirəm ki, aşiq olanda
mənim dediklərimə əməl etməyəcəksən, ona görə, eşq haqqında
qocavarı bir rübai demək istəyirəm:
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINA