6
Əsər üslubu sadə olmaqla yanaşı, canlı və
əyləncəli ifadə edilmiş hekayələr, müdrik müəllif
kəlamlarından ibarətdir.
Qabusnamə” 1082-1083-cü illərdə Ünsürülməali
Keykavus tərəfindən, oğlu Gilanşaha müraciətlə
yazılmışdır. Bu hökmdarın fəaliyyəti təkcə siyasətlə
məhdudlaşmırdı. O, yüksək mənəvi mədəniyyətə,
ensiklopedik erudisiyaya, dərin fəlsəfi təfəkkürə malik
bir insan idi. Əslən Gilanlı (Xəzər dənizinin cənub
sahili) olan “Qabusnamə”nin müəllifi Samanilərin
(
Mərkəzi Asiyada sünni feodal sülaləsi (819-999-cu
illər)) mədəni təbəqəsi ilə sıx bağlı idi. Əsəri ilə oğluna
müraciət edərək onu xeyirxah və mərhəmətli, ədalətli
və yüksək mənəviyyatlı insan kimi görmək istəyən
müəllif çoxşaxəli təhsil, geniş maraq dairəsi, orijinallıq
və iti düşüncənin daxili hərarət və temperamentlə
ahəngdarlıq təşkil etdiyi ədəbi bir irs qoymuşdur.