7
Keykavus mütəfəkkir və şair idi. Və hesab edilir
ki, hətta onun qüdrətli hökmdarlığı olmasaydı belə,
təkcə öz yaradıcılığı ilə özünə nəsillərin diqqət
və marağına layiq olmaq hüququnu təmin etmiş
olardı. Keykavus yazırdı: “Ən xoşbəxt insan odur
ki, düşüncəsi ilə əməli uyğundur”. Dövrü anlamaq
və uzaqgörən olmaq məqsədilə o, keçmişə müraciət
edirdi. “Düşməndən necə ehtiyatlı olmaq haqqında”
hekayəsində deyilir: “Belə eşitmişəm ki, Zülqərneyn
bütün aləmi gəzib dünyanı zəbt etdikdən sonra,
geri dönüb vətənə qayıdarkən Damğanda əcəli
çatır. Vəsiyyət edir ki, məni tabuta qoyun, tabutda
deşiklər açıb əllərimi xaricə çıxarın və əllərim açıq
halda aparın, qoy camaat görsün ki, bütün dünyanı
alsaq da əliboş gedirik”.
Qabusnamə”nin
qeyri-adi
populyarlığının
sirri həm də ondadır ki, mətni çox sadə və asan