83
dərhal onun simasını dəyişdirər: gözlənilməz şadlıq, qəflətən baş
vermiş bədbəxtlik, qəzəb, yuxu, sərxoşluq. Altıncısı qocalıqdır, insan
qocaldıqda onun siması dəyişər, amma bu, başqa növ dəyişmədir.
İnsan yuxuda olarkən nə diri hesab edilə bilər, nə ölü. Ölüyə irad
tutmaq mümkün olmadığı kimi, yatmışa da irad tutmaq olmaz. Mən
demişəm:
Hərçənd cəfa edib bükdün belimi,
Lakin mən üzmərəm səndən əlimi.
Yatmısan, yatanı danlamaq olmaz,
İnciyib atmaram mən gözəlimi.
Çox yatmaq ziyan olduğu kimi, az yatmağın da zərəri vardır. Əgər
bir adam yetmiş saat qəsdən yatmasa və ya zorla onu oyaq saxlasalar,
ölüm təhlükəsi qarşısında qalmış olar.
Lakin hər işin öz əndazəsi vardır. Alimlər deyiblər ki, gecə gündüz
iyirmi dörd saatdır. Bunun iki hissəsini oyaq olub, bir hissəsini yatmaq
lazımdır, səkkiz saatını kef, əyləncə və ruhi ləzzətə, səkkiz saatını isə
yuxuya sərf etmək lazımdır ki, on altı saat içərisində yorulmuş bədənin
üzvləri rahatlanıb dincələ bilsin. Cahil adamlar bu iyirmi dörd saatın
yarısını yatıb, yarısını oyaq qalarlar, tələbələr iki hissəsini yatıb bir
hissəsini məşğul olarlar, ağıllılar isə bir hissəsini istirahət edər, iki
hissəsini ayıq olarlar.
Dediyimiz kimi, hər səkkiz saatı bir cür keçirmək lazımdır.
Bilməlisən ki, Haqq-Taala gecəni yatmaq üçün, bədənin dincəlməsi
üçün yaratmışdır. Necə ki demişdir: “Biz gecəni örtük yaratdıq”
57
.
Bu həqiqəti də bil ki, bütün canlılar bədən və candan ibarətdir.
Bədən məskəndir, can isə onun sakini. Canın üç xüsusiyyəti
vardır: yaşamaq, yüngüllük və hərəkət, bədənin də üç xüsusiyyəti
vardır: ölmək, ətalət və ağırlıq. Canla bədən bir yerdə olduqca can
bədəni idarə edər, həm işlədər, həm yaşadar, bəzən isə bədənin
xüsusiyyətləri onu işdən qoyar, qəflətə sövq edər. Bədən öz
xüsusiyyətini büruzə verdikdə ətalətə, yatmağa meyl göstərərlər,
yatmaq evin dağılmasına oxşar, ev dağılanda nə varsa, həmişə aşağı
YUXU VƏ İSTİRAHƏT HAQQINDA