84
töküldüyü kimi, bədən də yatanda insanın bütün ruhunu əhatə edər:
nə qulaq eşidər, nə göz görər, nə burun qoxu bilər, nə damaq ləzzət
anlar, nə lamisə işləyər, nə də dil nitqə gəlib bir şey deyə bilər.
Hafizə və fikir öz məkanlarından xaricdə olduqlarından onlara təsir
edə bilməz. Görmürsənmi, bədən yatdıqdan sonra fikir müxtəlif
yuxular görür, hafizə isə onu yadında saxlayır və insan ayıldıqdan
sonra gördüyünü nağıl edir. Əgər bunlar da öz yerlərində olsaydı,
onları da əhatə edərdi, onda nə fikrə bir şey gələrdi, nə hafizə onu
yadda saxlayardı.
Əgər nitq də öz yerində olsaydı, o zaman bədən yata bilməzdi,
yata bilib danışa bilsəydi, o halda yuxu və istirahət də olmazdı, çünki
bütün canlıların istirahəti yuxudadır. Deməli, Haqq-Taala heç bir şeyi
hikmətsiz yaratmamışdır. Gündüz zorla da olsa özünü yatmaqdan xilas
et, bacarmasan, az yatmağa çalış, gecəilə gündüzü qarışdırmaq ağıllı iş
deyil. Böyük və dövlətli adamların adətidir ki, yayda günorta vaxtı bir
qədər dincələrlər, ola bilər yatsınlar, ola bilər, yox. Lakin dincəlməyin
əsl yolu budur ki, adət olduğu üzrə bir saat istirahət edəsən. Bu
mümkün deyilsə, vaxtın xoş keçən bir adamla xəlvətə çəkilmək
lazımdır ki, günəş keçsin, herarətin kəsəri azalsın. Sonra dışarı çıxmaq
olar. Ümumiyyətlə çalışmaq lazımdır ki, ömrün çoxu ayıqlıqda keçsin,
onsuz da çox yatmaq lazım gələcəkdir.
Lakin istər gecə, istərsə də gündüz yatmaq istərkən tək yatma,
elə adamla yat ki, o sənin ruhunu oxşasın, çünki ölmüş və yatmış
müəyyən mənada eynidir: nə bunun, nə də onun dünyadan xəbəri
olmur, biri diri yatır, biri ölü. Bu iki yatmış arasındakı fərq ondan
ibarətdir ki, biri çarəsizlik və məcburiyyət üzündən tək yatır, o birisi
isə məcburiyyət olmadığından. Nə üçün bu məcburiyyət olmadığı
halda o birisi kimi tək yatasan?! Odur ki, bu dünyada səninlə
yatan adam ruhunu oxşamalıdır, o biri dünyada isə kimin səninlə
yatacağının əhəmiyyəti yoxdur. Belə olduqda diri və ölü yatmağın
fərqi aşkar olar.
Səhər tezdən durmağı adət etmək lazımdır. Elə etmək lazımdırki,
gün çıxmamışdan qabaq durasan və Allahın borcunu vermiş
olasan. Gün çıxandan sonra duran adamın ruzisi az olar. Çünki
YUXU VƏ İSTİRAHƏT HAQQINDA