86
Ey oğul, bil ki, at minmək, ov etmək, çövkan oynamaq böyük adamlara
xasdır, xüsusilə, cavanlıqda. Lakin hər işin öz vaxtı, həddi, əndazəsi
olmalıdır. Hər gün ova getmək olmaz. Həftədə yeddi gün vardır, iki gün
ova get, üç gün şərab iç, iki gün isə öz təsərrüfat işlərinlə məşğul ol.
Lakin ata mindikdə alçağına minmə, adam yekəpər olsa da, alçaq
at onu kiçik göstərər, alçaq boy olanda isə uca at onu hündür nəzərə
çarpdırar. Yorğa və sakit ata yalnız səfərə çıxarkən min, çünki at sakit
olanda adam özünü boş saxlayır. Şəhər içərisində və başqa atlılarla
OVA GETMƏK
HAQQINDA
OVA GETMƏK HAQQINDA
18