87
birlikdə getdikdə, oynaq və tünd qaçan ata min ki, onun tündlüyü səni
ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə otur ki, gözə pis
dəyməyəsən.
Ovlaqda boş yerə at çapma, hədərə at çapmaq qulamların və
uşaqların işidir. Yırtıcı heyvanların arxasınca da at salma, çünki yırtıcı
heyvan ovundan xeyir gəlməz, həyat üçün isə təhlükəli olar. İki böyük
şah heyvan ovunda həlak olmuşdur. Biri atamın babası Vəşmgir ibn
Ziyar, ikincisi isə əmioğlum Əmir Şərəfülməalidir
58
.
Qoy səndən
kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad
qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər.
Deməli, ovu sevirsənsə, qızılquş, çərğ
59
,
şahin, qaplan və tazıilə ova
get. Həm ovun ov olsun, həm təhlükə baş verməsin.
Yırtıcı heyvanların nə əti yeməli olar, nə dərisi geyməli. Əgər
qızılquşla ova getsən, bil ki, şahlar bunu iki cür edirlər: Xorasan
padşahları qızılquşu özləri uçurtmazlar, İraq şahları adətən özləri
uçurdarlar. Hər ikisi olar. Şah olmasan, nə cür istəyirsən, elə də et, şah
olsan və özün uçurtmaq istəsən, o da mümkündür.
Lakin qızılquşu heç vaxt bir dəfədən artıq uçurtma, çünki padşahabir
quşu iki dəfə uçurtmaq yaraşmaz. Bir dəfə uçurt, bax gör ov gətirir, ya
yox, sonra başqa qızılquş tələb et. Şahın ovda məqsədi tamaşa olmalıdır,
yemək tamahı olmamalıdır. Əgər şah tazı ilə ova çıxırsa, iti o özü
tutmamalıdır, qulları iti onun qabağınca aparmalıdırlar, o isə tamaşa
etməlidir. Ovun dalınca at çapma. Qaplanla ova çıxsan, heç vaxt onu
arxadan atının tərkinə mindirmə, qaplan gəzdirmək şaha yaraşmaz, bir
də yırtıcı heyvanı öz arxasına mindirmək ağıllı iş hesab edilməz, xüsusilə,
şahlara və hökmdarlara. Ov və onun şərtləri bundan ibarətdir.
OVA GETMƏK HAQQINDA