92
Heç qorxusu yoxdur düşmən olsa şir,
Bilmərəm dünyada mən qorxu nədir.
Nə gözəl demişdir o ağıllı pir:
Öləsi adama ev olar qəbir!”
Həmin mənanı farsca da deyirəm ki, hamıya məlum olsun:
Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən.
Gorda tək yatmağa məhkum olsan sən,
Evdə nigarınla yata bilməzsən!
Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri
qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, savaşı dayandırma,
çünki yalnız savaşla düşməni ram etmək olar. Onlar sənin igidliyini
gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün üçün xoşbəxtlik
hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qoçaqların əlində qısa qılınclar
uzun görünər. Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya
süstlük oldumu, min canın olsun, birinidə salamat apara bilməzsən.
Ən alçaq adam sənə üstün gələr. Beləliklə, öldürülsən, rüsvayçılıq olar,
bədnamlıqla şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan, səndən bir
səliqəsizlik baş versə də, ziyan çəkməzsən, tay-tuşların içində başıaşağı
olmazsan. Lakin şöhrət və dövlət olmadıqda adamın öz tay-tuşları
arasında hörməti də olmur. Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı
adla ölmək pis adla yaşamaqdan yaxşıdır.
Xoşdur yaxşı adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən
.
Lakin nahaq qan tökməyə həvəskar olma, heç bir insanın
qanını halal hesab etmə. Öldürsən, yolkəsənləri, oğruları,
gorqazanları, yolazanları öldür. Nahaq qan hər iki dünyanın bəla
qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan,
bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə etibar etməz.
DÖYÜŞ HAQQINDA