94
Döyüş məsələsinə gəldikdə isə, dediyim kimi ol, canının hayına
qalma, nə qədər ki, bədənini itlərə yem etməmisən, adını şirlər adına
qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də öləcəkdir.
Canlılar üç növdür: danışan canlılar, danışıb ölənlər, canlı ölülər,
yəni: mələklər, insanlar, quşlar və heyvanlar. Pəhləvi dilində bir
pars kitabında oxumuşam: Zərdüştdən soruşurlar ki, “canlılar neçə
növdür?” O da belə cavab verib deyir: “Danışan canlılar, danışan və
ölən canlılar, ölən canlılar”.
Demək, məlum olur ki, bütün canlılar ölür və heç kəs öz əcəlindən
əvvəl getmir. Ona görə də döyüşdə inamla vuruşub səy göstərmək
lazımdır ki, həm çörəyə çatasan, həm şöhrət tapasan. Ölüm və ölmək
haqqında əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissəlam bir hədisdə
belə demişdir: “Doğulduğum gündə ölmüşəm”. İndi mən hədisdən-
hədisə keçsəm, çox danışmalı olaram. Hərçənd deyiblər ki, “çox bilən
çox danışar”.
Qayıdıram əvvəlki sözə: bil ki, çörək və adı bu dünyada qazanarlar.
Elə ki qazandın, çalış mal-dövlət topla, topladığını yaxşı saxla və
yerində xərclə.
DÖYÜŞ HAQQINDA