96
Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan məsləhətlidir. Az
da olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan,
çoxu da saxlaya bilməz. Öz işini başqalarının işindən üstün tut,
kahıllıqdan utan, kahıllıq bədbəxtliyin şagirdidir. Zəhmətdən əmələ
gəlir. Görmürsənmi, əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır?!
Müdrik adamlar deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət
istəyirsinizsə, qənaətcil olun, çox dost istəyirsinizsə təvazökar olun”.
Zəhmət və səy nəticəsində əmələ gəlmiş şeyi tənbəllik və xamlıq
üzündən itirmək ağıllı iş hesab edilməz. Ehtiyac günü peşmançılıq
fayda verməz. Zəhmət çəkirsənsə, çalış bəhrəsini də özün götür. Şey nə
qədər qiymətli olur-olsun, onu layiqli adama müzayiqə etmə, çünki heç
kəs, heç bir şeyi özü ilə gora aparmayacaq. Lakin başqalarına möhtac
olmamaq üçün gərək insanın çıxarı gəlirinə uyğun olsun, çünki ehtiyac
yalnız yoxsulların evində deyil, bütün evlərdə ola bilər. Məsələn, əgər
birinin gəliri bir dirəm
63
,
çıxarı bir dirəm bir həbbədirsə
64
,
o həmişə
ehtiyac içində olar. Gəlir bir dirəmsə, çıxar bir dirəmdən bir həbbə az
olmalıdır. Belə evdə heç vaxt ehtiyac olmaz. Nəyin varsa, ona da qane
ol, çünki qənaət özü dövlət deməkdir. Qismətində nə varsa, o da sənə
çatacaq.
Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə.
Yoxsul adamın qədir-qiyməti olmaz. Bil ki, qara camaat xeyir görmədiyi
halda dövlətliləri xoşlar, zərər çəkmədiyi halda bütün kasıblardan
da acığı gələr. İnsanın ən ağır günü ehtiyacdır. Varlılar tərəfindən
edilərkən təriflənən hərəkətlər yoxsullar üçün eyib hesab edilər.
İnsanların zinətini onların əliaçıqlığında bil, hər kəsin qiymətini isə
onun zinətinə görə təyin et. Lakin israfı düşmən bil, onu uğursuzluq
hesab et. Allahın düşmən hesab etdiyi hər şey onun bəndələri
üçün uğursuzluq olar. Necə ki deyiblər: “İsraf etməyiniz, o, israf
edənləri sevməz”. Böyük Allahın sevmədiyi şeyləri sən də sevmə.
Hər bədbəxtliyin bir səbəbi var, yoxsulluğun da səbəbi israfçılıqdır.
İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək,
danışmaq hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən
salar, ruhu incidər, ağlı çaşdırar, ömrü söndürər. Görmürsənmi, çırağın
ömrü yağa bağlıdır?! Lakin çırağa həddindən artıq yağ töksən, o
MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA