53
Düvəyek, Çarzərb və Zərbülfəth,
Dediklərimdə qətiyyən bir qüsur yoxdur.
Şahnamə həm əsasdır, həm fər’,
İndi də Rəvan ilə Təvil gəldilər.
Səma ilə Dövri-rəvan daha ikisidir,
Hamısını yaxşı bil və yadında saxla.
Filosoflar qədim üsul bəhrləri, o cümlədən nağaraçılar arasında məşhur
olan yeddi üsul haqqında bunları söyləmişdilər: şirazi, əxlati, qələndəri, zər-
bülqədim, rəzmiyanə, xarəzmi, səmai.
Qulamşəhri isə üsul bəhrləri haqqında bunları yazmışdır: faxteyi-zərb,
türki-zərb, pərəfşan, müxəmməs, çənbər, səqil, xəfif, ovfər, miəteyn, dövr,
nimsəqil, əfrəhi-kəbir, əfrəhi-səğir, övsət, rəməl, düvəyek, çarzərb, zərbülfəth,
şahnamə, rəvan, təvil, səma, dövri-rəvan, zərbülmüluk, sipehri, faxteyi-kəbir,
faxteyi-səğir.
BEŞINCI BAB
On iki muğamın on iki göy bürcü ilə əlaqəsi haqqında
Üşşaq – Qoç, Hüseyni – Buğa, Rast – Əkizlər, Busəlik – Xərçəng, Rə-
havi – Şir, Nəva – Sünbül, Büzürg – Tərəzi, Səfahan
1
–
Əqrəb, Əraq – Oxa-
tan, Zənculə
2
–
Oğlaq, Hicaz – Dolça, Kuçik – Balıqlar.
Üşşaq Hüseyninin yataq yeridir, Rast isə
Busəlikin, Rəhavinin və Nəvanın pərdəsindədir.
Büzürg İsfahanı və Əraqı gəzəndə
Zəngulə Hicazın və Kuçikin içindədir.
1
Səfahan – İsfahan
2
Zənculə – Zəngulə