54
ALTINCI BAB
Hansı muğamın hansı heyvandan əldə edilməsi haqqında
Həkim Əxlati Yunani(?) belə demişdir: Üşşaq – xoruzdan, Hüseyni –
atdan, Rast – İsrafildən, Busəlik – şirin naləsindən, Nəva – bülbüldən, Rəha-
vi – ağ qarğadan, Büzürg – durnadan, İsfahan – öküzdən, Əraq – inəkdən,
Zəngulə – dəvənin ayağındakı zınqırovdan, Hicaz – uzunqulaqdan, Kuçik
südəmər uşaqdan.
YEDDINCI BAB
Muğamatın insanlara göstərdiyi təsir haqqında
Üşşaq nəfsi sağlamlaşdırar; Hüseyni anlama qabiliyyətini artırar; Rast
şücaəti gücləndirər; Busəlik şəhvəti yatırdar; Rəhavi mərdliyi möhkəmlən-
dirər; Nəva hafizəni gücləndirər; Büzürg bədəni sağlam edər; İsfahan zəifliyi
və xəstəliyi aradan götürər; Əraq namazqılan edər; Zəngulə şair edər; Hicaz
allahtanıyan, mömin edər; Kuçik rəhmli, ürəyiyumşaq edər.
SƏKKIZINCI BAB
Hər muğamda neçə bangın olması haqqında
Üşşaq – yarım bang; Hüseyni – 2 bang; Rast – 1,5 bang; Busəlik – 1
bang; Rəhavi – yarım bang; Nəva – 2 bang; Büzürg – yarım bang; İsfahan – 1
bang; Əraq – 2 bang; Zəngulə – yarım bang; Hicaz – yarım bang; Kuçik –
yarım bang.
DOQQUZUNCU BAB
Hər üsulun neçə zərb olması haqqında
Faxteyi-zərb – dörd zərb; türki-zərb – on zərb; pərəfşan – beş zərb;
müxəmməs – on üç zərb, çənbər – on dörd zərb; səqil – on iki zərb; xəfif –
iyirmi bir zərb; ovfər – beş zərb; miəteyn – iki yüz zərb; nimdövr – yeddi
zərb; dövri-təmam – on dörd zərb; nimsəqil – yeddi zərb; həzəc – bir zərb;