8
2011-
ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl me-
dalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilib.
2012-
ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M. Seçenov adı-
na Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.
2012-
ci il aprelin 13-də Mehriban ƏliyevayaMDB iştirakçısı olan dövlətlərin Huma-
nitar Əməkdaşlıq Şurası (HƏŞ) vəMDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Huma-
nitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı
təqdim edilib.
2012-
ci ildəMehriban Əliyeva “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə
yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Azərbaycan Kazaklar İtti-
faqı tərəfindən ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb.
2013-
cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qa-
dın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
2014-
cü ilin mayındaMehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə,
həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələri-
nin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri müka-
fatına layiq görülüb.
Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Bey-
nəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif
olunub.
2014-
cü il avqustun 11-də Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısında xidmət-
lərinə görə” ordeni ilə təltif edilib.
Ailəlidir, iki qızı, bir oğlu, üç nəvəsi var.