7
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fə-
dakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə
Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq
görülüb.
Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Ce-
nevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə
sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu bey-
nəlxalq təşkilatın mükafatına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsin-
də yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” bey-
nəlxalq mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Meh-
riban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli
fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.
2009-
cu il sentyabrın 14-də Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə
görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
2010-
cu il fevralın 15-dəMehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmət-
lərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərənca-
mı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
2010-
cu il iyulun 30-da Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı
təqdim edilib.
2010-
cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbay-
can Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban
Əliyeva 94,49% (31797 səs) səs toplayaraq yenidən deputat seçilib.