113
Mehriban xanım incəsənəti çox həssaslıqla duyur. O, incəsənəti, o cümlədən təsviri
sənəti təkcə sevməklə və təbliğ etməklə kifayətlənmir. Həm milli, həm də dünya təsviri
sənət ənənələrini, çağdaş yaradıcılıq prosesinin poetika göstəricilərini, mövcud estetik
prinsiplərini dərindən-dərinə mənimsəyib
38
.
O, dünya incəsənəti nümunələrinin Bakıda nümayiş etdirilməsinə xüsusi önəm ve-
rir. Fərəhləndirici haldır ki,Mehriban xanımın təşəbbüsü ilə “Fransanın inciləri” sərgisi
öz dünya turnesinə məhz bizim paytaxtımızdan başlamışdı. Son illər ərzində şəhər sa-
kinləri dünyanın tanınmış rəssam və heykəltəraşlarının əsərlərindən ibarət müasir in-
cəsənət sərgilərinin paytaxtımıza gətirilməsinin şahidi olur. Bu, təsadüfi deyil. Bu gün
bütün dünyada olduğu kimi, Azərbaycanda da müasir incəsənətə səmimi maraq art-
maqdadır. Hazırda insanların daha çox mənəvi dəyərlər, yaradıcılıq, incəsənət, qarşılıqlı
münasibətlər haqqında düşünməyə başlaması sevindirici haldır. Hislərin tamaşaçıya
tamamilə yeni, şablondan kənar tərzdə təqdim edilməsi, əsərin yaradılmasına qeyri-adi
yanaşma, ideya cəsarəti get-gedə insanları bu sahəyə cəlb edir.