114
Mən əminliklə söyləyə bilərəm ki, Azərbaycana “müasir incəsənət” anlayışını Meh-
riban Əliyeva gətirib. Bir çoxlarının anlaya və ya qəbul edə bilmədiyi müasir incəsənət
indi ölkəmizin mədəni həyatının nəzərəçarpan hadisəsinə çevrilib və müxtəlif qalereya
və sərgi salonlarının fiziki və konseptual baxımdan hüdudsuz məkanını zəbt edib. Dün-
yanın müxtəlif şəhərlərində keçirilmiş “Bakıya uçuş” müasir incəsənət sərgiləri Mehri-
ban xanımın daim dəstəklədiyi Azərbaycanın müasir incəsənət ustalarının əsərlərinin
beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün unikal imkan yaratdı.