11
Adının mənası bütün həyat amalında əks olunan bir sima. Saflıq və mənliyi, səmi-
milik və xeyirxahlığı, ağıl və peşəkarlığı yüksək dəyərləndirən, yaxşılıq və mərhəməti
ümdə anlayışlar kimi qəbul edən bir insan. Zəngin mənəvi və intellektual potensiala
malik, təmkinli, düzgün qərar verməyi bacaran bir şəxsiyyət. Qayğıkeşliyi, insanlara və
onların problemlərinə göstərdiyi diqqəti, fəal həyat mövqeyi ilə yaşından, dini və milli
mənsubiyyətindən asılı olmayaraq hər kəsin qəlbinə yol tapmış MEHRİBAN ƏLİYEVA.
Hamı ona hörmət və ehtiramla yanaşır, böyük sevgi bəsləyir. Onu insanlara bəxş
etdiyi xeyirxahlığına və qayğıkeşliyinə, başqasının dərdini özününkü kimi hiss etdiyinə
görə, göstərdiyi yardım və dəstəyə görə sevirlər. Bunun kökündə onun insani xüsusiy-
yətləri, xalqımız üçün gördüyü işlər, nəcibliyi və mərhəməti, səxavəti və humanistliyi
durur. Sadəliyi, səmimiliyi, təvazökarlığı, insanlara təmənnasız münasibəti Mehriban
xanıma olan sevgi və rəğbəti gündən-günə artırır.
O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoş-
məramlı səfiri, ISESCO-nun ilk qadın-xoşməramlı səfiri, Azərbaycan Gimnastika Fe-
derasiyasının prezidentidir. Çətin və məsuliyyətli bir yoldadır və bu yolda belə siyasəti
mərhəmət və humanistliklə ahəngdar şəkildə birləşdirməyi bacararaq bütün dünyada
xoş niyyətlər və xoş məramlar elçisi kimi qəbul edilib.
Ölkənin birinci xanımı olması isə onun atdığı hər bir addımın, verdiyi qərarların
məsuliyyətini daha da artırır. Yeri gəlmişkən, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə
olaraq “birinci xanım” statusunu da məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiy-
yətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Müsahibələrinin birində birinci
xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir: “Hər şey bu və ya di-
gər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk
etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən
artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat
verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox mə-
suliyyətli yükdür”
1
.
Ən böyük ləyaqət mənliyini qoruyub
saxlamağı bacarmaqdır, şəraitdən,
vəziyyətdən asılı olmayaraq özün kimi
qalmaq və xeyirxah olmaqdır.
Mehriban Əliyeva