12
Adətən,hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə,mədəniyyətə və təhsilə diqqət
yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və
bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bunu aydın şəkildə
dilə gətirir: “Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu
oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı,
ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyər-
ləndirirəm”
2
.
Onun atdığı addımlar, həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövləti-
mizin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində
öz layiqli yerini tutmasına doğru istiqamətlənib
3
.
Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində formalaşmış bi-
rinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mövcud reallıqlar
Azərbaycanda birinci xanım faktorunun mahiyyətini bizlərə aydın göstərir. O, xalqına
xidməti əsas meyar kimi birinci xanım qismində qəbul etmişdir: “dövlət başçısının xa-
nımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə
bilərəm”
4
.
Onun şəxsində bu status humanist fəaliyyətə, qayğıkeşliyə, hər hansı problemlə
qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çev-
rilmişdir. O vətəndaşlar üçün Mehriban Əliyevanın timsalında bir pənah, ümid, mər-
həmət, humanizm ünvanı vardır
5
.
Sadəliyi və xeyirxahlığı ilə az zamanda bütün Azər-
baycanın sevgisini qazandı, amma təkcə bu məmləkətə sığmadı, dünyanın da diqqətini
özünə cəlb etdi. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qal-
dı, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqış-
ladı. O, indi dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi
tanınır və qəbul olunur. O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci
ledisidir
6
.